BAKU Azərbaycan
°C

TƏBİB-in tabeliyindəki Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 03.06.2023-13.08.2023 tarixləri aralığında suda boğulma ilə bağlı ümumi 47 müraciət daxil olub.

TƏBİB-dən verilən məlumata görə, onlardan 7 nəfərə yerində tibbi yardım göstərilib, 19 nəfəri hospitalizasiya olunub, 19 nəfər şəxs tibb müəssisəsinə çatdırılmadan vəfat edib.

Qeyd olunub ki, hər gün dövlət nəzarəti olan 19 çimərlikdə təcili yardım briqadaları növbədə dayanır. Suda boğulan şəxslərə ilk tibbi yardım tədbirlərini həyata keçirmllək üçün hər bir təchizat və təminat mövcuddur.

Tədqiqatlar göstərir ki, vaxtında və düzgün ilk yardım göstərməklə suda boğulanı həyata qaytarmaq mümkündür. Suda boğulmanın ilk dəqiqələrində zərərçəkənlərin 90%-ni, 6-7 dəqiqədən sonra isə yalnız 1-3%-ni xilas etmək mümkündür. Boğulan şəxsi sudan çıxardıqdan sonra ilk tibbi yardım tədbirləri başlanmalıdır.

Su bərk yad cisim olmadığına görə tənəffüs yollarını tutmur. Ona görə də suda boğulma təhlükəsi ilə qarşılaşan insanın tənəffüs yollarına və mədəsinə yığılmış suyun xaric edilməsinə vaxt itirmək lazım deyil. Dərhal ürək-ağciyər reanimasiyası başlanmalı və Təcili tibbi yardım xidmətinə müraciət edilməlidir. Zərərçəkəni arxası üstə uzadıb ağızdan 2 uğurlu nəfəs vermək lazımdır. Sonra isə ürəyin qapalı masajı 1 dəqiqədə 120 təzyiq olmaqla icra edilməli və sonra yenə də 2 dəfə tənəffüs verilməlidir. Bu hərəkətlər ən az 5 dövr təkrarlanmalıdır.

Son xəbərlər

Azərbaycan XİN İrana yardım təklif etdi

Rəisinin olduğu helikopterin bütün sərnişinləri həlak olub

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Bütün xəbərlər