BAKU Azərbaycan
°C

Mədəniyyət Nazirliyi uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktor, direktor müavini və müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi üçün qeydiyyat başlanır.

Gundem.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məktəb və mərkəzlərə direktorların, direktor müavinlərinin və müəllimlərin işə qəbulu müsabiqə əsasında həyata keçirilir. Müsabiqə test imtahanından və müsahibədən ibarət olmaqla iki mərhələdə təşkil olunur.

Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktor, direktor müavini və müəllimlərin işə qəbulu üzrə test imtahanı 16 iyul 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzi ilə birgə keçirilib.

Müsabiqənin müsahibə mərhələsində direktor və direktor müavinlərinin işə qəbulu üzrə test imtahanında direktor vəzifəsi üzrə 50 bal (Bakı şəhərinin məktəbləri üzrə 70 bal, Sumqayıt və Gəncə şəhərləri, Abşeron rayonu üzrə 60 bal), direktor müavini vəzifəsi üzrə 45 bal (Bakı şəhərinin məktəbləri üzrə 63 bal, Sumqayıt və Gəncə şəhərləri, Abşeron rayonu üzrə 54 bal); müəllimlərin işə qəbulu üzrə test imtahanında 35 bal (Bakı şəhərinin məktəbləri üzrə 49 bal, Sumqayıt və Gəncə şəhərləri, Abşeron rayonu üzrə 42 bal), simli alətlər (violonçel və kontrabas), klassik və milli nəfəsli alətlər, xoreoqrafiya ixtisasları üzrə 30 bal (Bakı şəhərinin məktəbləri üzrə 44 bal, Sumqayıt və Gəncə şəhərləri, Abşeron rayonu üzrə 37 bal) toplamış namizədlər iştirak edə bilərlər.

Müsahibə mərhələsi üzrə qeydiyyat və vakansiya seçimi 18 avqust 2023-cü il saat 09:00-dan etibarən aşağıdakı linklər vasitəsilə aparılacaq //bit.ly/3QZZ00b (direktor və direktor müavini vəzifələri üzrə) //bit.ly/45aSEiI (müəllimlər üzrə).

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin tabeliyində olan uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində 2022-ci ildə iştirak etmiş namizədlərin əldə etdikləri nəticələr (toplanmış ballar) 2 (iki) il qüvvədə qalır (2022 və 2023-cü illər). Bununla əlaqədar, 2022-ci ildə test imtahanında müvafiq minimal balı toplamış namizədlər birbaşa müsahibə mərhələsi üzrə qeydiyyatdan keçə və vakansiya seçimi edə bilərlər.

Son xəbərlər

Azərbaycan XİN İrana yardım təklif etdi

Rəisinin olduğu helikopterin bütün sərnişinləri həlak olub

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Bütün xəbərlər