19.08.2023 / 19:09
136
Prezident fərman imzaladı
Prezident İlham Əliyev “Dövlət satınalmaları haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb.
Gundem.az xəbər verir ki, qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 15-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında dövlət satınalmalarının iqtisadi, hüquqi və təşkilati əsaslarını və qaydalarını müəyyən edir.
Yeni qanunda satınalmanın yalnız portal vasitəsilə həyata keçirilməsi, təkliflərin cəlb edilməsi barədə elanların portalda yerləşdirilməsi, məxfi məlumatlarla əlaqəli satınalmaların və bu satınalmalarla bağlı prosedurların kağız daşıyıcılarında həyata keçirilməsi nəzərdə tutulub.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay