BAKU Azərbaycan
°C

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də Kəlbəcər rayonunda “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik stansiyalarının açılışında iştirak edib.

Gundem.az xəbər verir ki, dövlət başçısına stansiyalarda görülən işlər barədə məlumat verilib.

Bildirildi ki, Kəlbəcər rayonunun qərbində Tərtər çayı üzərində yerləşən 8,33 meqavat gücündə “Çıraq-1” və Qaraarxac çayı üzərində 3,6 meqavat gücündə “Çıraq-2” Kiçik Su Elektrik stansiyaları “AzərEnerji” ASC tərəfindən tamamilə yenidən qurulub.

Qeyd edək ki, 2022-ci ilin iyununda Prezident İlham Əliyevin tikinti işlərinin gedişinə baxış keçirdiyi bu elektrik stansiyaları ən müasir avadanlıqla təchiz olunub. Ərazidə iqlim və relyefin sərt olmağına baxmayaraq, tikinti işləri cədvəldən əvvəl başa çatdırılıb.

Burada çayın 50 faiz təminatı nəzərə alınmaqla ekoloji normanın saxlanılması üçün derivasiya boruları subasardan hündür hissədə quraşdırılıb. Həmçinin sel suları nəzərə alınaraq 1750 metr mütləq yüksəklikdə yerləşən idarəolunan baş suqəbuledici qurğu tikilib, eləcə də 7 kilometr uzunluğunda derivasiya boruları yenidən çəkilib.

“Çıraq-1” və “Çıraq-2” stansiyalarının hər biri üçün maşın zalı tikilib, Avropanın aparıcı şirkətlərinin istehsalı olan müasir ekoturbinlər, generatorlar, idarəetmə, rele mühafizəsi və avtomatika panelləri quraşdırılıb. “Çıraq-1” Kiçik Su Elektrik Stansiyasının ərazisində yeni 110 kV-luq açıq paylayıcı qurğu inşa edilib. 35 kilometr uzunluğunda 35 kV-luq “İstisu” elektrik verilişi xətti yenidən qurularaq yeni yarımstansiyaya qoşulub, optik kabel xətti çəkilib. Bu yarımstansiya “Çıraq-1”, “Çıraq-2” və “Soyuqbulaq” Kiçik Su Elektrik stansiyalarında istehsal edilən elektrik enerjisinin ölkənin enerjisisteminə ötürülməsi üçün qovşaq funksiyasını daşıyır. Eynilə 3,6 meqavat gücündə “Çıraq-2” Su Elektrik Stansiyasının da baş suqəbuledici qurğu, 3 kilometr uzunluğunda derivasiya boru xətti, maşın zalı yenidən qurulub. Stansiyada bir ədəd Avropa istehsalı olan yaşıl sertifikatlı müasir ekoturbin, generator, idarəetmə və avtomatika panelləri quraşdırılıb. “Çıraq-1” və “Çıraq-2” stansiyaları enerjisistemə tam inteqrasiya edilməklə məsafədən idarəetməyə imkan verən mərkəzləşdirilmiş SCADA sisteminə qoşulub. Hər iki stansiyada ümumilikdə il ərzində 35 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal olunacaq.

Prezident İlham Əliyev “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik stansiyalarını işə salıb.

Qeyd edilib ki, “Çıraq-1”, “Çıraq-2” və “Soyuqbulaq” Kiçik Su Elektrik stansiyalarından əlavə, bu günə kimi Kəlbəcər rayonunda 4,4 meqavat gücündə “Kəlbəcər-1”, 6,3 meqavat gücündə “Qamışlı” və 3,4 meqavat gücündə “Meydan” Kiçik Su Elektrik stansiyaları yenidən qurularaq istismara verilib. Hazırda Kəlbəcər rayonunda beş yerdə ümumi gücü 48,3 meqavat olan kiçik su elektrik stansiyalarının tikintisinə başlanılıb. Bununla da 2024-cü ilin birinci rübündə Kəlbəcər rayonunda ümumi gücü 75,5 MVt, illik enerji istehsal potensialı 230 milyon kilovat-saat olan 10 kiçik su elektrik stansiyası mövcud olacaq.

Son xəbərlər

Həssas, təmkinli, intellektual... - Ən mərhəmətli BÜRCLƏR

Qızılın qiyməti 80 dollara ÇATIR

Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ

Azərbaycanda maaşlar 100 manata qədər ARTDI

Məhkəmə Əziz Orucov barədə QƏRAR VERDİ

Emmanuel Makron Yeni Kaledoniyaya SƏFƏR EDƏCƏK

Rusiya və Özbəkistan prezidentləri Putinin Daşkəndə gözlənilən səfərini MÜZAKİRƏ ETDİLƏR

İlham Əliyev: "Rəisi ilə son görüşdə önəmli qərarlar qəbul edilib"

Tayvan ətrafında GƏRGİNLİK ARTIR: "Çin liderinin əsas hədəfi..." - AÇIQLAMA

Prezident İran səfirliyində oldu - YENİLƏND

Milli Məclisin iclası BAŞA ÇATIB - YENİLƏNİB

"Gürcüstanla da Qazax və Zaqataladan yollar açılmalıdır" - Milli Məclisdə TƏKLİF

17 yaşlı reper özünü güllələdi - FOTO

Ermənistan Rusiyanı silah öhdəliyini yerinə yetirməməkdə GÜNAHLANDIRDI

"Belə olan halda yük dövlətə düşür" -  Musa Qasımlı

Bu səbəblər kişiləri qadınlardan uzaqlaşdırır - Psixoloqdan AÇIQLAMA

Deputatdan sosial şəbəkələrdəki təhlükə ilə bağlı TƏKLİF: "Dövlət nəzarət etməlidir"

İbrahim Rəisinin xatirəsi Milli Məclisdə bir dəqiqəlik sükutla yad edildi 

"Maşın alverçiləri təzyiq görürəm bəhanəsi ilə xaricə gedib oradan təhqirlər edirlər" - Deputat

Birinci Qarabağ müharibəsinin şəhidi Arif İmaməliyevlə vida mərasimi KEÇİRİLİR

Bütün xəbərlər