BAKU Azərbaycan
°C

Bakıdakı "Binə” və “Sədərək” ticarət mərkəzlərini su basması sığorta hadisəsi hesab olunur.

Bu barədə "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyindən bildirilib.

Məlumata görə, bu hadisədən zərər çəkmiş sığortalı əmlakların sahiblərinə ödəniş ediləcək, sığortasız əmlakların sahibləri isə zərəri özləri qarşılamalı olacaqlar.

“ASA olaraq sahibkarlara müraciət edərək bildiririk ki, bu kimi hadisələr nəticəsində əlavə xərc və maddi zərərlə üzləşməmək üçün əvvəlcədən sığortalanmalı və risklərini təminat altına almalıdırlar. Çünki daşınmaz əmlak sığortası həm icbaridir, həm də ümumilikdə sosial-iqtisadi müdafiə sipəridir. Daşınmaz əmlakın icbari sığortası növü üzrə qeyri-yaşayış obyektlərinin sığorta tarifi obyektin yeri, təyinatı və miqyası nəzərə alınmaqla müəyyən olunur", - deyə Assosiasiya bəyan edib.

“Daşınmaz əmlakın icbari sığortası ölkəmizdə mövcud olan yaşayış və qeyri-yaşayış əmlakları üçün məcburidir. Bu sığorta növü üzrə proseslər 2011-ci ildə qəbul edilmiş “İcbari sığortalar haqqında” Qanunla tənzimlənir. Qanundan irəli gələn tələblərə görə, yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı, su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma, hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri, yerüstü nəqliyyat vasitəsinin dəyməsi, təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi, üçüncü şəxslərin hərəkətləri nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi daşınmaz əmlakın icbari sığortası növü üzrə sığorta hadisəsi hesab olunur”, - deyə açıqlamada qeyd olunub/(Report).

Son xəbərlər

Bakının bu qəsəbələrində ƏMƏLİYYAT: Saxlanılanlar var - FOTO

Elektron ticarət nəhəngi bir gündə 1,6 milyard dollar qazanıb – RƏQƏMLƏR

Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini niyə dəyişmədi? - ŞƏRH

Pentaqon ÇIXILMAZ VƏZİYYƏTDƏ: Kiyevə yardımla bağlı problemlər var 

Əli Əsədov Muharrem Kılıçla GÖRÜŞDÜ

Oğurluq edən şəxs SAXLANILDI

Ötən ay Azərbaycan sərhədini pozan 26 nəfər SAXLANILDI - FOTO

Birbank taksit kartı ilə ilk alış-verişdə 10% keşbek qazanın

Nigar Rüstəmliyə yüksək VƏZİFƏ VERİLDİ - FOTO

İlham Əliyev İsmayıl Berdiyevi QƏBUL ETDİ - FOTO

Rusiyalı milyarderlər sərvətlərini daha da ARTIRDILAR - RƏQƏMLƏR

Azərbaycan Özbəkistanla bir sıra sahələrdə əməkdaşlığı GENİŞLƏNDİRƏCƏK

Tokayev Bakı və İrəvanın Almatıda XİN rəhbərləri səviyyəsində görüşə razılıq vermələrini ALQIŞLADI

Sabahın hava proqnozu AÇIQLANDI

Ermənistanla bu tarixdə saziş İMZALANA BİLƏR: “Kreml etiraz etməyəcək” 

Dünyanın ən dərin sualtı çuxuru bu ölkənin sahilindədir - ARAŞDIRMA

Elm və təhsil nazirinin müavini Ankara şəhərinə SƏFƏR ETDİ - FOTO

Ombudsman əməkdaşları Türkiyə hüquq müdafiəçiləri ilə Qaradağda başçəkmə həyata KEÇİRDİLƏR

Prezident QƏBUL KEÇİRDİ - FOTO

Elm və təhsil işçilərinə "Heydər Əliyevin 100 illiyi" yubiley medalı TƏQDİM EDİLDİ - FOTO

Bütün xəbərlər