BAKU Azərbaycan
°C

Mənzil-tikinti kooperativlərinin mənzil idarəçiliyində törətdikləri qanunsuzluqlar, sakinləri incitmələri halları artmaqda davam edir.

Sfera.az bildirir ki, Nəsimi rayonu Xətai prospekti 38-də yerləşən yaşayış binaları da oxşar vəziyyətlə üzləşib. Belə ki, sözügedən ünvanda yaşayan sakinlərin verdiyi məlumata görə, binaların həyətində qanunsuz “besedka” tikilir.

Vəziyyətlə tanış olmaq üçün əraziyə üz tutduq. Məlumat üçün bildirək ki, binanın ikinci mərtəbəsində uşaq bağçası yerləşir. Sakinlərin sözlərinə görə, tikintisi davam edən “besedka” da məhz həmin bağça üçün nəzərdə tutulub və sakinlərə xəbər verilmədən işə başlanılıb. Problem isə ondadır ki, onsuz da kiçik olan həyətyanı ərazi “besedka” inşasından sonra daha da məhdudlaşır. Bu isə binaya Təcili Tibbi Yardım maşınının, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənlərinin giriş-çıxışına ciddi əngəllər törədəcək. Sakinlər bildirirlər ki, Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin (MMMC) idarə heyəti tikinti ilə bağlı müvafiq qurumlardan icazə aldıqlarını desələr də, sakinlər buna şübhə edir.

Bina sakini Zöhrab Məmmədli ərazidə işlərin axşam saatlarında aparıldığını vurğulayıb:

“İcazə alınsaydı, günorta da işlər davam edərdi. Bizə yalandan sənəd təqdim edirlər ki, guya “besedka” tikilməsinə icazə veriblər. Amma binanın sakinlərindən hər hansı razılıq alınmayıb. Biz heç idarə heyətinin üzvlərini də tanımırıq. Onlar bu binada yaşamayan şəxslərdir. Bununla bağlı bir neçə gün qabaq aidiyyatı orqanlara da müraciət etmişik, amma diqqət yetirən yoxdur”.

Həmsöhbətimiz həmçinin qeyd edib ki, idarə heyətində kimlərin olduğu, qərarın necə verildiyi onlara məlum deyil:

“Binanı tikən adam fərz edir ki, bütün ərazi ona məxsusdur. Mülkiyyət bizimdir, həyətyanı sahə bizə məxsusdur, sən kimdən icazə almısan? 330 mənzilin sakinlərinin azı 500 maşını var, bunların üzərinə ətrafdakı bankın əməkdaşlarının, uşaq bağçasına gələnlərin nəqliyyat vasitələrini də gələk. Bəs, həmin avtomobillər harada dayanacaq? Biz 10 ildir burada yaşıllıq zonası yarada bilmirik - uşaqlar oynayır, zədələnir və.s. Buna bir əncam çəkmirlər, amma bağça üçün “besedka” tikirlər. Mənzil mülkiyyətçiləri biziksə, qərarı biz verməliyik. Bunlar qərar veriblər, amma orada kim iştirak edib?”.

Digər həmsöhbətimiz Osmanov Yunis Xalid oğlu isə bildirib ki, xüsusilə yanğın təhlükəsizliyi nöqteyi-nəzərindən binanın həyətində belə bir tikilinin yerləşdirilməsinə icazə verilməməlidir:

“Əksər bina sakinləri buna qarşıdır. Problem təkcə bununla bitmir. Binamızın həyətində artıq 20 ilə yaxındır ki, yarımtikili də mövcuddur. Onun iki mərtəbəsi tam inşa edilsə də, üçüncü mərtəbəsi illərdir, yarımçıq qalıb. Buradakı taxta istinad lövhələri, metal konstruksiyalar ətrafdakı insanlar, eləcə də vətəndaşların şəxsi avtomobilləri üçün təhlükə törədir. Güclü külək əsəndə yarımçıq tikilidən qopub düşən taxta, metal hissəciklər kiməsə xəsarət yetirə, yaxud kiməsə maddi ziyan vura bilər. Bundan heç kim sığortalanmayıb. Yarımçıq tikili hazırda qaraj kimi istifadə olunur, natəmizdir, burada antisanitariya şəraiti hökm sürür. Həm də tikili vizual olaraq da yaxşı görünmür. Nəzərə alsaq ki, bizim binanın yerləşdiyi ərazi Heydər Əliyev Mərkəzinə çox yaxındır, bura tez-tez xarici qonaqlar, turistlər gəlir, həyətdə olan yöndəmsiz yarımçıq tikili heç də xoş təəssürat yaratmır. Bununla bağlı da müvafiq tədbirlərin görülməsinə ehtiyac var”.

Digər sakinlər İlham İsmayılov, Məhərrəm Rəcəbov, Ağa Ağayev, Yeganə Hacıyeva, Arzu Ağalarova, Ruslan Şahmuradov da sözügedən problemlərlə bağlı Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, 102 xidmətinə şikayətlərini bildirdiklərini vurğulayıblar. Amma təəssüf ki, heç bir nəticə yoxdur.

Elə ərazidə olduğumuz müddətdə qarşı tərəfin nümayəndəsi ilə də qarşılaşdıq. “Nəsimi 45” MMMC-nin sədri Cəbrayılova Gülnarə söhbət zamanı heç bir problemin olmadığını, “besedka” ilə bağlı bütün icazələrin alındığını söylədi:

“Biz Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən, İcra Hakimiyyətindən icazəmizi almışıq. Heç bir problem yoxdur. Sakinlər əvvəl “besedka” tikilməsini istəyirdilər, biz də edirik. Bu, binanın sakinləri üçün nəzərdə tutulub. Başqa heç nə deyə bilmərəm”.

Lakin Gülnarə xanım sakinlərlə üzləşməkdən imtina etdi və “besedka”nın tikilməsini kim istəyib?”, “İdarə heyətinin iclasında kimlər iştirak edib?” kimi sualları cavabsız qoydu.

 

 

Son xəbərlər

Xaçmazda avtomobil 40 yaşlı piyadanı vuraraq ÖLDÜRDÜ

Gəncədə ata 12 yaşlı qızını bıçaqladı

45 sviter geyinib Ginnesin Rekordlar Kitabına düşdü - VİDEO

Rusiyaya məxsus daha bir kəşfiyyat təyyarəsi vuruldu - VİDEO

Bakıda ən ucuz torpaq sahələri... - Siyahı

"Balalarınız xaricdə haram pullarla kef edir..." - Tolikdən sərt sözlər

MİT əməliyyat keçirdi: Mazlum Mardin yaxalandı

Qazaxda avtomobilin vurduğu piyadalardan biri xəstəxanada ölüb

Qurban Qurbanov püşkatmanın nəticəsindən danışdı

“Bavariya”dakı işini XATIRLADI

Toy hazırlıqları ilə bağlı yola çıxan gənc qəzada ölüb - FOTO

Zelenski Ermənistana gedəcək

Təqaüd və sosial yardım alanlara ŞAD XƏBƏR

Avropa İttifaqı bu ölkəyə 137 milyard avro ayırdı

Azərbaycanda dolların kursu dəyişəcək? - VİDEO

Kişi beynindəki iynə ilə 20 İL YAŞADI

Kübra Əliyevadan Firuzə İbadovaya 450 manatlıq hədiyyə

Pul sarıdan bəxti gətirəcək BÜRCLƏR

Mühafizəçi iş yerində ölü tapıldı

Azərbaycanda öz toyu üçün rayona gedən oğlan faciəvi şəkildə öldü - FOTO

Bütün xəbərlər