BAKU Azərbaycan
°C

Yeraltı nəqliyyatdan istifadə edən sərnişinlər metroda “BakıKart”ın ləğv ediləcəyindən narahatdırlar.

Ötən gün “Bakı Metropoliteni” QSC-nin iki stansiyada pilot layihənin tətbiqinə başlaması sərnişinlər arasında anlaşılmazlığa səbəb olub.

Məsələ ilə bağlı Oxu.Az-a daxil olan çoxsaylı müraciətləri nəzərə alaraq quruma sorğu ünvanladıq. “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Oxu.Az-a açıqlamasında bildirib ki, bu, pilot layihədir və əhali arasında layihənin hansı formada uğurlu olması izləniləcək:

“Cəmiyyət arasında “BakıKart”ın ləğv edilməsinə dair yayılan şayiələr həqiqəti əks etdirmir. Əksinə, ödəniş üçün üsulların çoxsaylı olması sərnişinlərin rahatlığı üçün önəmlidir. Təxminən pilot layihə bir ay müddətində həm texniki tərəfdən yoxlanılacaq, həm də sərnişin məmnuniyyəti hesablanacaq. Eləcə də, digər məsələlər müşahidə edildikdən sonra layihə metronun “Avtovağzal”, “Memar Əcəmi” stansiyalarında, daha sonra isə “yaşıl” və “qırmızı” xətlərin stansiyalarında tətbiq ediləcək. İlin sonuna qədər bu işlərin əksəriyyəti yekunlaşacaq və bütün stansiyalarda tətbiq olunacaq. Daha sonra növbəti ildən ödənişlərin bank kartları vasitəsilə aparılması məsələsinə də baxılacaq.

Layihənin önəmli cəhəti və rahatlığı mobil telefonların hər zaman üstümüzdə olmasıdır. Ödənişi QR kod vasitəsilə etməyi seçən sərnişinlərin plastik kartı almağa və üstündə gəzdirməyə ehtiyac olmayacaq. QR kodun üstünlüklərindən biri də balansı gözünüzlə görməyinizdir”.

Xatırladaq ki, tətbiq edilən pilot layihə ilə “BakıKart” plastik kartına ehtiyac olmadan gediş haqqını mobil tətbiqdə yaradılan QR bilet vasitəsilə də ödəyə bilərsiniz. Bunun üçün QR bölməsinə keçib, “QR yaradın” düyməsini sıxdıqdan sonra bir gedişlik QR bilet yaradılır. QR bilet yaradılarkən pul kisəsinin balansında bir gediş üçün minimum 1 manat olduğuna əmin olun. Belə ki, QR bilet yaradıldıqda pul kisəsinin balansından 1 manat bloklaşdırılır və QR biletdən ictimai nəqliyyatda istifadə etdikdən sonra gediş haqqı məbləği bloklaşdırılan məbləğdən çıxılır və geriyə qalan məbləğ pul kisəsinə qaytarılır. Gediş haqqını ödəmək üçün yaradılmış QR bileti avtobuslarda yerləşən oxuma cihazının kamerasına və ya metroda turniketin üzərində yerləşən kameraya yaxınlaşdırmaq lazımdır.

Hər bir QR kod unikaldır. Bir gediş üçün keçərlidir və yaradıldığı andan beş dəqiqə ərzində etibarlıdır. QR bilet beş dəqiqə ərzində istifadə edilmədiyi təqdirdə qüvvəsini itirir və bloklaşdırılan məbləğ yalnız 72 saat ərzində pul kisəsinə geri qaytarılır. Ödəniş üçün olan turniketlərin ümumi sayı 356-dır.

Son xəbərlər

Gürcüstan Azərbaycanı ilk dəstəkləyən ölkələrdən idi

Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır

“Baku City Residences” “Dayanıqlı inşaat şirkəti mükafatı”na LAYİQ GÖRÜLDÜ

Bu həftə sonu bu bürclərin bəxti açılacaq: Hədiyyə, xoş xəbər, sürpriz...

Qonşu ölkə işıqsız qaldı

Tanınmış futbolçu faciəvi şəkildə öldü - FOTO

İstirahət gününün HAVASI

Bir günə 22 min manat

Bu qurumun işçilərinin sayı artırıldı

Prezident Qanun imzaladı: 2033-cü il yanvarın 1-dək qüvvədədir

Ancaq özlərini düşünən BÜRCLƏR: dünya-aləm veclərinə deyil

"Üzeyiri nümunə göstərmək FACİƏDİR"

"Gecə ərimlə yatdığımız yerdə durum deyim ki..."

23 milyon insan təhlükədə – 8 bal gücündə zəlzələ gözlənilir

ABŞ İraqı bombalayanda 150 milyon rus dua etdi - Səfir

Maskın uşaqlarının analarına şok təklifi ortaya çıxdı

Bu klub Mahiri transfer etmək istəyir

İrem ana olacaq - FOTO

Qızıldan tort satışa çıxarıldı - FOTO

Kommunal qiymətlərin artımına görə anasını öldürdü

Bütün xəbərlər