16.09.2023 / 00:02
324
Tolik verilişinin bağlanmasından danışdı
Prodüser-aparıcı Tarix Əliyev (Tolik) "Ümid ilə gəl" verilişinin yayımının dayandırılmasından bəhs edib.
Gundem.az xəbər verir ki, "Gün işığında" verilişinə qonaq olan Tolik sosial problemlərin yer aldığı layihə istəmədiyini bildirib:
"Gördüm ki, başqalarının dərdini özümə götürürəm. Ölkəmizdə yetəri qədər sosial veriliş var. Onların da yayımlanma vaxtı var. Öyrəşmişik səhər tamaşaçını ağlatmağa: ya kiminsə anasının qəbrini çəkirlər, ya da 15 il əvvəl dünyasını dəyişən atasından danışırlar. İnsanlar səhərini ağlamaqla başlamasın".
Qeyd edək ki, Tolik hazırda "Tarixin bir günü" şou xarakterli verilişi ilə tamaşaçı qarşısına çıxır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay