BAKU Azərbaycan
°C

"Ölkə iqtisadiyyatında çalışan işçilərin sayında azalma qeydə alınıb. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü il avqustun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 706 min nəfər olub".

Gundem.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib.O bildirib ki, onlardan 891,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 814,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib:

"Ötən ilin avqustun 1-ə olan vəziyyətə görə, ölkədə 1 milyon 719 min nəfər muzdla çalışan işçi qeydiyyatda olub. Bu o deməkdir ki, müqavilə ilə çalışanların sayı 2022-ci ilin uyğun dövrünə nisbətən 13 min nəfər azalıb. Məsələnin digər tərəfi işçilərin sayının azalmasının həm dövlət, həm də özəl sektorda müşahidə olunması ilə bağlıdır. Müqavilə ilə çalışanların sayında azalma həmin müddətdə dövlət sektorunda 6 min, özəl sektorda isə 7 min olub. Dövlət sektorunda işçilərin sayının azalması daha çox institutsional dəyişikliklər ilə bağlı olsa da, özəl sektorda əmək müqavilələrinin sayının azalmasının xüsusi təhlil edilməsi və monitorinqlərin gücləndirilməsi vacibdir. Belə ki, məşğulluğun daha çox özəl sektor hesabına formalaşdırılması əsas prioritetlərdən hesab olunur. 

Eyni zamanda, iqtisadiyyat ağardıqca özəl sektorda əmək müqavilələrinin sayının artması, qeyri-leqal məşğulluğun rəsmilləşdirilməsi çox vacibdir. Aydındır ki, bir sıra müəssisələrdə işçilərin heç də hammısı ilə əmək müqavilələri bağlanılmır və deməli bu sahədə nəzarətin daha da gücləndirilməsi vacibdir".

Deputat qeyd edib ki, son statistika sosial haqqların faizinə yenidən baxılıb azaldılması və eləcə də dövlət sektorunda gəlirlərdə vergidən azad olunan məbləğin artırılmasını bir daha gündəmə gətirir: "Məşğulluğun rəsmilləşdirilməsi üçün təşviqedici tədbirlərin genişləndirilməsi vacibdir. Bu, məşğulluqda özəl sektorun lokomotivə çevrilməsi baxımından da əhəmiyyətlidir".

Son xəbərlər

Bakıda daha bir yolda DƏYİŞİKLİK - VİDEO

Azərbaycanda daha bir uşaq qızılcadan öldü

ABŞ-nin yeni səfiri Azərbaycana gəlib

Moskvada fövqəladə xəbərdarlıq edildi

Xameneinin ölümünə hazırlıq – Varis seçimi gedir

“HƏMAS razılaşmanı pozdu” - Netanyahu

AVRO-2024-ün final mərhələsinin püşkü atıldı

Məşhur cütlük 14 ildən sonra boşanır

Hikmət Hacıyev Dubayda sərgilənən Azərbaycan pavilyonu barədə paylaşım etdi

Qəzza İslam Universitetinin rektoru həlak oldu

Xoşbəxt ailə qurmaq istəyirsinizsə belə şəxslərdən qaçın!

“ABŞ Türkiyə ilə bu ölkənin arasını vurur” - Ərdoğan

“ABŞ Türkiyə ilə bu ölkənin arasını vurur” - Ərdoğan

Kürdəmirdə ağır qəza: xəsarət alanlar var

Qərbin Ermənistana ixracı 200% artıb, Brüssel hara baxır?

ABŞ, Böyük Britaniya və Aİ-dən 3 ölkəyə XƏBƏRDARLIQ

Futbolçumuz Albaniya klubunda növbəti qolunu vurdu

Ən soyuq dekabr ayı 21 il əvvəl qeydə alınıb

Sürücülərə Bakının əsas prospektlərindən biri ilə bağlı mühüm xəbərdarlıq

Gömrük limiti ilə bağlı rəsmi açıqlama

Bütün xəbərlər