BAKU Azərbaycan
°C

Ukraynanın ilk "Eurovision" qalibi olan müğənni Ruslana müharibə zamanı ölkəsinə göstərdiyi dəstəyə görə türk millətinə təşəkkür edib.

Gundem.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbulda keçirilən konsertdə iştirak edən Ruslana səhnəyə çıxaraq, müharibədə Türkiyənin onlara göstərdiyi dəstəkdən çox xoşbəxt olduğunu ifadə edib.

Müğənni bildirib ki, müharibə zamanı Türkiyədən gələn pilotsuz uçuş aparatları Ukrayna xalqına güc verib.

"Dəhşətli günü xatırlayıram. Səhər saat 05.00 radələrində raketlər evimizin üstündən keçməyə başladı. Qaçmağa yer yox idi, ətraf alov içində idi. Biz qərar verdik. Sığınmayacağıq, müqavimət göstərəcəyik. Raketlərə, tanklara, atəşə qarşı durduq. Bu insanlara köhnə sistemlərimizlə müqavimət göstərirdik. Tanklara rəğmən dik durduq. Evimizi qoruduq, dedik, heç yerə getməyəcəyik, bu torpaq bizimdir. İndi qarşınızda dik dururam, çünki Bayraktarı səmada gördük. Bizə sadəcə Bayraktar vermədiniz. Bizə güc qatdınız. Bu çox dərin bir hissdir. Türk milləti üçün ömrümün sonuna qədər mübarizə aparacağam.

Haluk Bayraktar və Selçuk Bayraktar, mən bu gün İstanbuldayam və demək istərdim ki, sizin həqiqətən böyük bir fanatınız oldum. Bütün ukraynalıların əsl gücü var. Biz buna göydən enən mələk deyirik. Bayraktarlardan danışıram. Həyatımızı qurtardığınız üçün təşəkkür edirəm. Sizi sevirik" , - sənətçi qeyd edib.

 

Son xəbərlər

Ermənistanın keçmiş deputatı Rusiyada saxlanılıb

Yaponiya təxminən 2 milyard dollar dəyərində COVID-19 dərmanlarını məhv edəcək

Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək

Sumqayıtda avtomobil 18 yaşlı qızı vuraraq öldürüb

Fransadakı AES-in inzibati binasında baş verən yanğın söndürülüb

Rusiyada beşmərtəbəli binanın bir hissəsi çöküb

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

Rusiyanın Baş nazirinin 10 müavini olacaq

Luka Modriç mövsümün sonu "Real"dan ayrılacaq

"Seltik" Şotlandiya çempionatının qalibi olub

Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində ilk gənclər konfransı keçirilib

Qurban Yetirmişlidən zəlzələ riski ilə bağlı AÇIQLAMA: "Ən güclü təkan..."

Azərbaycanda güclü ZƏLZƏLƏ OLDU

Ziba Osmanova iki azyaşlını maşınla vurdu

“Xarıbülbül” festivalına ICESCO-ya üzv ölkələr də qatılıb

Hava ilə bağlı daha bir XƏBƏRDARLIQ!

Prezidentin festivaldakı çıxışının VİDEOSU

Putin yeni hökumətin strukturunu TƏSDİQLƏDİ

NATO-nun İsveçrə sammitindən GÖZLƏNTİLƏR: "Kiyev əmindir ki..." - AÇIQLAMA

Azərbaycan xalqını indi daha böyük inam birləşdirir  

Bütün xəbərlər