BAKU Azərbaycan
°C

2023-cü il sentyabrın 25-də Xocalı şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədovun Qarabağın erməni sakinlərinin təmsilçiləri ilə növbəti görüşü keçirilib.

Gundem.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası məlumat yayıb.

Bildirilib ki, konstruktiv mühitdə keçən görüşdə sentyabrın 21-də Yevlax şəhərində müzakirə edilmiş məsələlərin həlli istiqamətində atılan addımlardan, xüsusilə qısa müddətdə humanitar yardımın təminatı, yanacaq təchizatı və elektrik verilişinin bərpasından razılıq ifadə olunub.

Qarabağın erməni sakinləri ilə təmaslar üzrə məsul şəxs Ramin Məmmədov bundan sonrakı mərhələdə həyata keçiriləcək tədbirlər haqqında məlumat verib. Qeyd olunub ki, bəzi yaşayış məntəqələrində tənha vəziyyətdə müəyyən edilmiş erməni əsilli yaşlı sakinlərə ilkin tibbi yardım göstərilib və onlar həkim nəzarəti altında saxlanılırlar. Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin həmin şəxslərlə görüşünə şərait yaradılması, onların ailə üzvlərinə və ya müvafiq tibb müəssisələrinə təhvil verilməsi təklif edilib.

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin sosial-humanitar, iqtisadi və infrastruktur məsələlərin həlli üzrə rəhbərlik etdiyi işçi qrupun üzvlərinin cari fəaliyyət istiqamətlərini müəyyən etmək məqsədilə Xankəndi şəhəri də daxil olmaqla ərazidə kommunal, səhiyyə xidmətləri və digər mülki fəaliyyətlə məşğul olan müvafiq nümayəndələrlə görüşünün təşkili və birgə işçi qrupunun yaradılması barədə razılıq əldə olunub.

Təklif olunub ki, Xankəndi şəhəri yaxınlığında və ya Xocalı istiqamətində qurulması təklif olunan səhra hospitalında səhiyyə xidmətləri Azərbaycan və erməni əsilli tibb heyəti tərəfindən birgə təşkil edilsin. Həmçinin Azərbaycan və erməni xidmət personalı tərəfindən mobil qida təminatı xidmətinin yaradılması təklif edilib.

Xroniki ağır xəstəliklərdən əziyyət çəkən və ya xüsusi cərrahiyyə əməliyyatına ehtiyacı olan şəxslərə zəruri tibbi yardımın göstərilməsinə hazırlıq ifadə olunub.

Bununla yanaşı, görüşdə Azərbaycan və erməni əsilli tibb işçilərindən ibarət səyyar birgə həkim briqadalarının formalaşdırılması, həmin briqadalar tərəfindən ucqar kəndlərdə tənha və tibbi xidmətə ehtiyacı olan şəxslərə xidmət göstərilməsinin vacibliyi vurğulanıb.

Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli vətəndaş cəmiyyəti təmsilçiləri və ictimai fəalların Bakıya və ya Azərbaycanın digər şəhərlərinə səfərlərinin təşkil edilməsi təklifi vurğulanıb və bu cür təşəbbüslərin vətəndaş cəmiyyəti dialoqu platformasının yaradılması, eləcə də etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi baxımından əhəmiyyətli olduğu qeyd edilib.

Görülmüş işlərin yekunlarının müzakirəsi və gələcək addımları müəyyənləşdirmək məqsədilə tezliklə növbəti görüşün keçirilməsi barədə razılıq əldə edilib.

***

15:04

Sentyabrın 25-də Xocalı şəhərində Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədovun Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə növbəti görüşü başa çatıb.

Gundem.az  xəbər verir ki, lokal xarakterli antiterror tədbirlərindən sonra ilk danışıqlar sentyabrın 21-də Yevlax şəhərində keçirilmişdi.

***

13:30

Sentyabrın 25-də Xocalı şəhərində Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə növbəti görüş başlayıb.

Gundem.az xəbər verir ki, görüşdə Azəbaycan tərəfini deputat Ramin Məmmədov təmsil edir.

***

13:17

Xocalıda Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə növbəti görüş başlayır.

Gundem.az xəbər verir ki, Azərbaycanın mərkəzi hakimiyyətini görüşdə Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədov təmsil edir.

 

Son xəbərlər

Narin cinayətindən sonra 50 uşaq dövlət himayəsinə alındı

Sabah bu rayonun bir hissəsi QAZSIZ QALACAQ

USAİD-in yardımları xoşniyyətli deyil - Bayramov

"Aİ-95" benzinin qiyməti artacaq? - AÇIQLAMA

Ötən il 43 şəxs cinayət başında yaxalandı

Tanınmış modelin sinəsi çürüyür - Silikon taxdırmayın, peşmanam

Çimnaz Sultanova bu xəstəliklərdən əziyyət çəkib - Xəstəxanadan AÇIQLAMA

İsrail HƏMAS-la razılaşmanın detallarının hələ TƏSDİQLƏMƏYİB

"Samsung" işlədənlər ehtiyatlı olun - Məlumatlarınız oğurlana bilər

Çiy kartof yemək faydalıdır?

Evlənmək istəyən cütlüklərə xəbərdarlıq: mütləq bunu edin

İynəyə görə xəstə dünyasını dəyişmişdi -70 yaşlı həkim bu cəzanı aldı

Bu rayonlara qar yağır

Qadın övladını zəhərləyərək izləyicilərindən 63 min manat topladı

Azərbaycanda həkimi xəstəxananın həyətində maşın vurdu - FOTO

Nazir müdiri işdən çıxardı

Məşhur aktrisa vəfat etdi -FOTO

Beyləqanda qəzaya düşən şəxs tanınmış iş adamı imiş - FOTO

Son 10 il tarixin ən isti illəri oldu - Vilfand

Pensiyalar neçə faiz artırılacaq? -AÇIQLAMA

Bütün xəbərlər