BAKU Azərbaycan
°C

Qənirə Paşayeva hələ 2013-cü ildə orqanlarını bağışlamaq barədə qərar vermişdi.

Gundem.az “Medicina”ya istinadən xəbər verir ki, deputat beyin ölümü keçirərsə və orqanları yararlı olarsa, orqanlarını ehtiyac olan xəstələrə köçürmək üçün orqan bağışlaması barədə müraciət edib və vəsiyyət yazıb.

Deputat bu barədə şəxsən məlumat verərək bildirmişdi ki, bu onun dünyaya verə biləcəyi ən son fayda ola bilər.

“Xeyli vaxtdır beynimdə götür-qoy etdiyim, qəlbimdə yer verdiyim bir məsələ var(dı). O məsələ barədə ilk növbədə özüm qərara gəlməliydim. Elə ki, qərara gəldiyimi yəqin etdim, nəhayət anamla, bacımla, bir sözlə, ailəmlə açıq söhbət edib, qərarımı onlara da açıqlamağı uyğun gördüm. Onlar üçün belə bir söhbət psixoloji olaraq çətin olsa da, şükürlər olsun ki, qərarımın mahiyyətini (geniş müzakirədən sonra da olsa) anlayışla qarşıladılar.

Bu addımı atmaqla biz həyata yenidən dönə bilmədiyimiz zaman başqa birinin yaşama davam etməsinə kömək edə bilərik. Orqan bağışlanması bir insanın ölümündən sonra orqanlarının başqa bir insan üçün istifadə edilməsinə icazə verməkdir. Örnəyi, həyatı dializ aparatına bağlı olaraq yaşayan bir böyrək xəstəsinin, heç bir ölüyə qəbirdə lazım olmayacaq böyrəklərlə həyata dönməsinə kömək edə bilərik”…

Vəsiyyətin yekununda deyilir: “Bəli, əziz oxucum, mən artıq orqanlarımı bağışladım! Bu proseduru həyata keçirəcək qurumu da müəyyənləşdirdim. Ölümümdən sonra bəzi orqanlarımın başqa bir insanın yaşaması üçün istifadə edilməsinin savab bir iş olduğunu düşünürəm. Öldükdən sonra mən həyata yenidən gəlməyəcəm, amma ölüm ayağında olan bir neçə insanın, ağır durumda olan bir neçə insanın yaşamasına orqanlarımla yardım edə bilərəm. Onların üzünün yenidən gülməsinə, xoşbəxt olmalarına yardım edə bilərəm. Bundan gözəl nə ola bilər?! Bəli, bununla bağlı vəsiyyətnaməmi artıq yazdım. Çünki həyat elə qəribədir ki, indi varsan, cəmi 5 dəqiqə sonra artıq həyatda olmaya bilərsən…

Ürəyimi, Qaraciyərimi, Ağciyərimi, Böyrəklərimi, Gözlərimi bağışladım. Pankreas vəzisini, sümük iliyini, bir sözlə, bağışlana biləcək, köçürülə biləcək bütün orqanlarımı… Bilirsinizmi, sadəcə bir insan orqanlarını bağışlamaqla bir çox insana yaşamaq şansını verə bilər. O zaman bu faydalı əməldən niyə qorxmalıyıq ki…”.

Qeyd edək ki, Azərbaycanda orqan nəqli üzrə xüsusi qurum yaradılıb.

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər