BAKU Azərbaycan
°C

Qanunsuz fəaliyyət göstərən idman mərc saytları qurbanlarının sayı artır.

Gundem.az bildirir ki, bu dəfə “Mostbet”də 156 461 manat qazanan Ayaz İkramoğluna udduğu məbləğ ödənilməyib. 

O bu barədə sosial media hesabında paylaşım edərək şirkət tərəfindən hesabının bloklandığını bildirib:

“Azərbaycanın tanınmış idmançılarından Nəriman Abbasovun əməkdaşlıq etdiyi “Mostbet” mərc şirkəti 156 461 AZN uduşumuzu ödəməkdən boyun qaçırır”.

Paylaşıma rəy yazan istifadəçilər də ölkədə qanunsuz fəaliyyət göstərən “Mostbet”, “1xBet” kimi mərc saytlarında qazandıqları böyük uduşları ala bilmədiklərini deyiblər. 

Son vaxtlarda illeqal mərc şirkətlərinin fəaliyyətindən narazılıq kəskin artıb. Belə şirkətlər həm oyunçuların uduşlarını ödəmir, həm də vergidən yayınırlar. Qanunsuz fəaliyyət göstərdikləri üçün oyunçuların pozulmuş hüquqlarını müdafiə etmək də mümkün olmur. Üstəlik, bir çox şans oyunu həvəskarları illeqal saytlarda mərc etməklə qanun qarşısında məsuliyyət daşıdıqlarından da xəbərsizdirlər. 

Qeyd edək ki, Azərbaycanda qanuni fəaliyyət göstərən idman mərc operatorları var. Onlarda qazanılan uduşlara dövlət təminatı verilir, həmçinin qazanılan uduşlardan dövlət büdcəsinə vergi ödənilir.

 

 

 

Son xəbərlər

Azərbaycanda ən çox bu rayonda boşanırlar - STATİSTİKA

“Qalatasaray”da ayrılıq - FOTO

İyulun ən möhtəşəm Ayı bu tarixdə görünəcək

Kartof kəskin bahalaşacaq -BU TARİXDƏN

Emmanın başına iş gəldi - FOTO

Aşıq Əhliman insult keçirdi, vəziyyəti ağırdır

Tofiq Musayev yenə UFC-də döyüşəcək - TARİX AÇIQLANDI

Zaxarova Bakıda saxlanılan Rusiya vətəndaşlarından DANIŞDI

“Gözlənilən tarixi müjdəni verəcəyik” - Ərdoğan

Ərdoğan seçkilərin vaxtını açıqladı

Zelenski Romaya getdi

Prezident BƏƏ-yə getdi - FOTOLAR

Əhali daha çox dərmana pul xərcləyir

Manatın məzənnəsində dəyişiklik olacaq? - VACİB AÇIQLAMA

İlham Əliyev BƏƏ Prezidenti ilə görüşəcək

Əməkdar artist istefa verdi

Məşhur futbolçu klub sahibi oldu

Tramp Moskva və Pekini bombalamaqla hədələyibmiş - Səs yazısı yayıldı

Sabah isti olacaq

İlham Əliyev sabah Paşinyanla görüşəcək

Bütün xəbərlər