BAKU Azərbaycan
°C

“İnfarkt döş qəfəsində şiddətli ağrı və hava çatışmazlığı hissi ilə xarakterizə olunur, lakin bəzən xəstəlik özünü fərqli şəkildə göstərə və ya özünü digər bir xəstəlik kimi büruzə verə bilir”.

Gundem.az  “oxu.az”a istinadən xəbər verir ki, bunu Rusiyalı həkim nevroloq, tibb elmləri namizədi Yekaterina Demyanovskaya deyib.

“Böyüklər arasında ölüm səbəblərinin 46,3%-i qan dövranı sistemi xəstəlikləridir. Bunun 6,5%-ni kəskin miokard infarktı təşkil edir. Bu zaman ürək əzələsi artıq qan qəbul etmir və qismən ölür”, - deyə o qeyd edib.

Adətən infarkt açıq-aşkar simptomlarla müşayiət olunur: döş sümüyünün arxasında və ürək bölgəsində şiddəti keçməyən basıcı ağrı və ya yanğı, soyuq tər, narahatlıq və hava çatışmazlığı hissi. Bəzən döş qəfəsinin arxa hissəsində olan ağrı sol qol, çiyin, kürək və ya boyuna yayılır. Bununla belə, atipik simptomlar da olur.

“Məsələn, çox güclü qarın ağrısı başlayır və ya sanki diş ağrısı zamanı olduğu kimi alt çənə sızlayır. Yaxud başqa əlamətlər olmadan nəfəs darlığı yarana bilər”, - deyə mütəxəssis əlavə edib.
Həmçinin miokard infarktı özünü digər xəstəliklər kimi büruzə verə bilər. Məsələn, abdominal forma qarın ağrısı, ürəkbulanma və qusma əlamətləri ilə özünü göstərir. Onu kəskin zəhərlənmə, xolesistitin və ya mədə xorası xəstəliyinin ağırlaşması ilə səhv salmaq olar. İnfarkt, hətta insult əlamətləri ilə özünü büruzə verə bilər: bu zaman insanın nitqi anlaşılmaz olur, hərəkətlərin koordinasiyası ilə bağlı problemlər yaranır, lakin ürək bölgəsində ağrı olmur.

Ekspertin sözlərinə görə, infarktın ən təhlükəli gedişatı az simptomlu və ya simptomsuz olmasıdır. Buna diabet və ya ürəyin işemik xəstəliyi olan insanlarda rast gəlinir. Onun yeganə əlaməti ürək döyüntüsü və ya ürəyin fəaliyyətində nasazlıq hissidir. Belə hallarda insan uzun müddət xəstəlikdən xəbərsiz olur ki, bu da sonradan ağır nəticələrə gətirib çıxarır.

Son xəbərlər

Avtobuslara onlayn bilet satışı 2 dəfəyə yaxın artıb

Görün Ukrayna ABŞ-dan nə istəyir: Zalujnı xahiş etdi

Qadın iynədən şoka düşüb öldü

Azərbaycanlı müğənninin aksessuar qiymətləri "dodaq uçuqlatdı" - tək saatı 20 min manat... - FOTO

Azərbaycanda əhalinin sayı ARTDI

Faciəvi şəkildə ölən 3 azyaşlının GÖRÜNTÜLƏRİ KÖVRƏLTDİ

Azərbaycana "cəhənnəm istisi" gəlir - BU TARİXDƏN

Daha 2 abidəmiz UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edildi

Azərbaycan Ukraynaya indiyədək nə qədər yardım edib?

Ölkəmizdə nikah sayı artdı, boşanma azaldı

Pensiyalar ödənildi

Azərbaycanda unun topdansatış qiymətləri açıqlandı

Tanınmış vəkil vəfat etdi - FOTO

Türkiyəli general-mayor Azərbaycanda səfərdədir

Baş nazir vacib qərar imzaladı

Fransada bu qədər insan yoxsulluq içində yaşayır - say açıqlandı

39 yaşlı Ceko bu klubda oynayacaq

Ötən ilin dövlət büdcəsinin icrası təsdiqləndi

Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin gəlir və xərcləri

Həmin qəbul imtahanının nəticələri AÇIQLANDI

Bütün xəbərlər