26.09.2023 / 13:40
245
Ödəniş kartlarının sayı artıb
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə avqust ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 323 min ədəd artaraq 15 milyon 669 min ədəd təşkil edib.
Gundem.az Mərkəzi Banka istinadla xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 20.2 faiz artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 20 faiz, kredit kartları üzrə 21.4 faiz təşkil edib.
Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 65 min, kredit kartları 362 min, digər kartlar isə 2.1 milyon ədəd artıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay