27.09.2023 / 14:34
113
“Antiterror tədbirlərində Azərbaycan istehsalı silahlar da tətbiq edilib”
“30-a yaxın dövlət silah-sursat almaq üçün Azərbaycana müraciət edib”.
“Qafqazinfo” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında müdafiə sənayesi naziri Mədət Quliyev deyib.
Nazir bildirib ki, hazırda müraciətlərin sayı artmaq üzrədir:
“Hətta ABŞ da bizdən silah alır”.
M.Quliyevin sözlərinə görə, Qarabağ bölgəsində aparılan lokal antiterror tədbirlərində hədəfləri dəqiq vuran Azərbaycan istehsalı silahlar da tətbiq edilib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay