BAKU Azərbaycan
°C

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifələrini icra edən Yuri Kimi qəbul edib.

XİN-dən bildirilib ki, görüş zamanı Azərbaycanın antiterror tədbirlərindən sonra bölgədə cari vəziyyət, eləcə də humanitar yardım məsələləri müzakirə olunub.

Nazir bölgədə əsas təhdid olan qanunsuz erməni silahlı qüvvələrinin mövcudluğuna son qoyulmasının sülh və sabitliyə xidmət edəcəyini diqqətə çatdırıb.

Tərksilah prosesi, erməni sakinlərin ehtiyaclarının qarşılanması istiqamətində ölkəmizin həyata keçirdiyi tədbirlər, erməni sakinlərin reinteqrasiyası üzrə aparılan danışıqlar barədə qarşı tərəfə məlumat verilib.

Hazırda Azərbaycana qarşı davam edən qarayaxma kampaniyasının heç bir əsasının olmadığı, Azərbaycanın erməni sakinlərə heç bir təhdid törətmədiyi diqqətə çatdırılıb. Azərbaycana qarşı səslənən iddiaların əsassız olduğunun, bunun sübut edilməsi üçün Azərbaycanın BMT-nin ölkəmizdəki Rezident Əlaqələləndiricisinin rəhbərliyi altında BMT orqanlarının Azərbaycanın Qarabağ bölgəsinə səfərinin təşkil edilməsinə hazır olduğumuz bildirilib.  

C. Bayramov ölkəmizin cəlb olunmuş beynəlxalq tərəfdaşlar vasitəsilə həyata keçirdiyi bütün səylərinə baxmayaraq, Ermənistan tərəfinin sülh prosesinə maneçilik törətməkdə davam etdiyi diqqətə çatdırılıb. Azərbaycanın qarşılıqlı şəkildə ərazi bütövlüyü və suverenliyə hörmət əsasında Ermənistanla sülh prosesində maraqlı olduğu vurğulanıb.  

Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

 

Son xəbərlər

Azərbaycanda ən çox bu rayonda boşanırlar - STATİSTİKA

“Qalatasaray”da ayrılıq - FOTO

İyulun ən möhtəşəm Ayı bu tarixdə görünəcək

Kartof kəskin bahalaşacaq -BU TARİXDƏN

Emmanın başına iş gəldi - FOTO

Aşıq Əhliman insult keçirdi, vəziyyəti ağırdır

Tofiq Musayev yenə UFC-də döyüşəcək - TARİX AÇIQLANDI

Zaxarova Bakıda saxlanılan Rusiya vətəndaşlarından DANIŞDI

“Gözlənilən tarixi müjdəni verəcəyik” - Ərdoğan

Ərdoğan seçkilərin vaxtını açıqladı

Zelenski Romaya getdi

Prezident BƏƏ-yə getdi - FOTOLAR

Əhali daha çox dərmana pul xərcləyir

Manatın məzənnəsində dəyişiklik olacaq? - VACİB AÇIQLAMA

İlham Əliyev BƏƏ Prezidenti ilə görüşəcək

Əməkdar artist istefa verdi

Məşhur futbolçu klub sahibi oldu

Tramp Moskva və Pekini bombalamaqla hədələyibmiş - Səs yazısı yayıldı

Sabah isti olacaq

İlham Əliyev sabah Paşinyanla görüşəcək

Bütün xəbərlər