Cəmiyyət
29.09.2023 / 20:47
122
Qarabağda 1,5 milyon mina basdırılıb
Biz hesab edirik ki, işğaldan azad edilmiş ərazilərimizdə təxminən 1,5 milyon ədəd mina basdırılıb.
Gundem.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədr müavini Samir Poladov deyib.
Onun sözlərinə görə, bu, dəqiq və son məlumat deyil:
"Biz Laçında improvizə edilmiş bir sıra minalar aşkarlamışıq. Onlar evlərin astanasında, həyətlərdə yerləşdirilmişdi. Ümumiyyətlə mina partlayışlarının 70 faizi əvvəlki təmas xəttindən çox uzaqda baş verib. Belə ki, cəmi 52 hadisə keçmiş təmas xəttində, 137 partlama hadisəsi isə digər ərazilərdə meydana gəlib".
Son xəbərlər
Prezidentlər Azərbaycanla Belarusun birgə istehsalı olan avtobusa baxdılar
Siyasət
17.05.2024, 14:00
Prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə BAXDILAR
Siyasət
17.05.2024, 13:50
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay