BAKU Azərbaycan
°C

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən oktyabrın 1-də xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə növbəti imtahan da keçirilib.

Bu barədə DİM-ə istinadən xəbər verir.

İmtahanda iştirak etmək üçün 160 namizəd qeydiyyatdan keçib. 11 namizəd imtahana gəlməyib. 75 namizəd uğur qazanıb.

xxx

09:08

Oktyabrın 1-də Dövlət İmtahan Mərkəzi (DİM) xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə növbəti imtahan keçirir.

DİM-dən bildirilib ki, Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 6.2-ci bəndinə əsasən, müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sifarişi ilə DİM-in təşkil etdiyi sınaq imtahanında müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunur.

İmtahan DİM-in Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında ("8 Noyabr" metro stansiyasının yanı) kompüter vasitəsilə keçirilir. İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu Agentlik tərəfindən aparılıb.

İmtahan saat 10:00-da başlanır. Ərizəçi imtahanın başlanmasından azı 1 saat öncə imtahan binasına gəlməlidir. İmtahan binasına daxil olarkən ərizəçi şəxsiyyətini təsdiqləyən sənədi təqdim etməlidir.

Ərizəçi tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda ona imtahanın nəticələrinə dair arayış təqdim olunacaq. İmtahanın nəticələri ilə bağlı Apellyasiya komissiyasına müraciət etmək istəyənlər oktyabrın 2-4-də saat 14:00-dan 17:00-dək DİM-də (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299) ərizə yaza bilərlər.

Son xəbərlər

Hoteldə ölənlər qidadan zəhərlənməyib - RƏSMİ

Dənizdə dalğanın hündürlüyü 4.4 metrə çatıb - FAKTİKİ HAVA

Media nümayəndələrinin iştirakı ilə autizmlə bağlı seminar keçirildi - FOTO

Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış oldu - FOTO

Bakıda məşhur bazar SÖKÜLƏCƏK - RƏSMİ

Paşinyan istefa verməyə HAZIRLAŞMIR

Türkiyədə Papillon otellərini ziyarət etmək üçün TOP 5 səbəb - FOTOLAR

Sabah leysan yağacaq, külək əsəcək - PROQNOZ

Kremldə Putinin andiçmə mərasimi BAŞLADI - YENİLƏNDİ

Paşinyan: "Azərbaycan və Türkiyə ilə düşmənçiliyi sıfıra endirməliyik"

Vilayət Eyvazov onu rəis TƏYİN ETDİ

Bakıda 41 yaşlı prokuror yol qəzasında VƏFAT ETDİ

İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü BAŞLADI

"Heydər Əliyev Fondunun əsas qayəsi Ulu Öndərin irsini yaşatmaqdır" - Millət vəkili

İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü BAŞA ÇATDI - FOTO - YENİLƏNDİ

Bakı sakininə xəsarət yetirərək telefonunu əlindən ALDILAR

Azərbaycan QHT-ləri UNESCO-nun Baş direktoruna açıq məktub ÜNVANLADI

"Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təbrik məktubu göndərməliyik" - MM-də TƏKLİF

Güclü külək Sumqayıtda işıq dirəklərini AŞIRDI -FOTO

"Ulu Öndər xalqımızı qloballaşma əsrinə gətirib çatdırıb" - Sahibə Qafarova

Bütün xəbərlər