Gündəm
04.10.2023 / 10:00
205
Mehdiabadda qaz olmayacaq
Bu gün “Mehdiabad” ölçü qovşağından qaz təchizatı dayandırılacaq.
Gundem.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Digah-Novxanı” yüksək təzyiqli magistral qaz kəmərində aparılacaq təmir işləri ilə əlaqədar 4 oktyabr tarixində saat 10:00-dan işlər başa çatanadək “Mehdiabad” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri görülən müddətdə Abşeron rayonunun Mehdiabad qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay