BAKU Azərbaycan
°C

ABŞ-da bir qadın evinə səhvən girən yad kişiyə aşiq olub və onunla evlənib.
 
Gundem.az lent.az-a istinadən bildirir ki,  Nyu-York ştatından olan 29 yaşlı Ketrin Conston gələcək həyat yoldaşı Maykl Constonla 2016-cı ildə tanış olub. Mayın 8-də qadın ziyafətə gedib və gec qayıtmağı planlaşdırdığı üçün bacısından giriş qapısını bağlamamasını istəyib. Ketrin səhər tezdən evə girəndə qonaq otağındakı divanda sərxoş bir qəribin yatdığını görüb.

"Əvvəlcə bunun bacımın dostu olduğunu düşündüm. Telefonumdakı fənəri yandırdım və kişinin üzünə tutdum və kim olduğunu anlamağa çalışdım", - o deyir.
 
Qadın bacısını oyadıb və o, qonaq çağırmadığını deyib. Daha sonra onlar küçəyə qaçaraq polisə müraciət ediblər. Bir neçə dəqiqə sonra evə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları Mayklı həbs ediblər. Bacılar kişiyə qarşı evə qanunsuz daxil olmaqda ittiham irəli sürüblər. Mayklın fotosu yerli qəzetdə dərc olunub.
 
Ertəsi gün Ketrin baş verənləri dostlarına danışıb. "Dostlarımdan biri onu tanıdığını dedi. Sonra başqaları mənə onunla dost olduqlarını, yaxşı oğlan olduğunu söyləməyə başladılar və məndən ona qarşı ittihamları götürməyimi istədilər", - o deyib.
 
Bacılar Maykla qarşı ittihamları götürdükdən sonra o, evlərinə çiçəklər və davranışına görə bütün ailədən üzr istədiyi qeydlə gəlib. 35 yaşlı kişi həmin gün çox sərxoş olduğunu və gecələmək üçün həmkarının evinə getdiyini düşündüyünü deyib.
 
Ketrin baş verənlərin səhv olduğunu anlayıb və Mayklı bağışlayıb. Tezliklə onunla yaxınlaşıb və bir il sonra onunla münasibət qurub. 2020-ci ildə Maykl Ketrinə evlilik təklifi edib və üç il sonra onların Mila adlı qızı dünyaya gəlib.

"Bu, gözəl və axmaq hekayədir, onu unikal edən də budur. Mən heç nəyi dəyişməzdim və düşünürəm ki, bu, sevgimizi daha da gücləndirir. Həyat yoldaşım gözəl insandır və ona sahib olduğum üçün çox şanslıyam. Biz bir-birimizə sahib olduğumuz üçün çox şanslıyıq", - Ketrin vurğulayıb.

Son xəbərlər

Havanın temperaturu iqlim normasından YÜKSƏKDİR

Salah "Liverpul"dan AYRILIR? - Bu mövsüm...

Salah "Liverpul"dan AYRILIR? - Bu mövsüm...

Azərbaycan "OPEC Fund" ilə ikitərəfli əlaqələrin təşviqini MÜZAKİRƏ ETDİ

“Nokia” bu tanınmış modelini yenidən İSTEHSAL EDƏCƏK

Azərbaycan şahmatçısı Avropa çempionu OLDU

Neft Fondu pulunu bu regionlarda saxlayır - SİYAHI

Bu ölkələr Ruttenin NATO-nun baş katibi vəzifəsinə namizədliyini DƏSTƏKLƏDİ

Yens Stoltenberq Kiyevə SƏFƏR ETDİ

Ramzan Kadırov 16 yaşlı oğluna yüksək vəzifə verdi - FOTO

Mələkxanımın qızının toyundan yerə görə küsüb gedən məşhur cütlük ONLAR İMİŞ - FOTO

Bu yolla əmlak alanların DİQQƏTİNƏ: "Çıxarışsız mənzillər..." - XƏBƏRDARLIQ!

FHN-in nümayəndə heyəti Türkiyədə SƏFƏRDƏ OLDU - FOTO

Şotlandiyanın Baş naziri İSTEFA VERDİ

"Şişi götürmək riskdir, ona görədə... " - Salam Sarvanın səhhəti ilə bağlı AÇIQLAMA

"Arsenal"ın baş məşqçisi: "Çox yaxşı başladıq, amma..."

Lüksemburqun Böyük Hersoqu COP29-a DƏVƏT OLUNDU

Hakan Fidan Ər-Riyadda Blinkenlə GÖRÜŞDÜ

Qazaxıstan XİN: "Bakı ilə İrəvan arasında danışıqlarda vasitəçi olmayacağıq"

Anar Məmmədli SAXLANILDI - FOTO

Bütün xəbərlər