Dünya
29.10.2023 / 22:27
10919
MÜƏMMALI QƏTL: Evdən 9 meyit tapıldı
Ukraynanın Donetsk vilayətinin Volnovaxa şəhərində evdə ikisi uşaq olmaqla, 9 şəxsin meyiti aşkar edilib.
Gundem.az axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi məlumat yayıb.
ASTRA nəşri isə yerli sakinlərə, ölənlərin qonşularına və qohumlarına istinadən xəbər verir ki, qətli rusiyalı hərbçi törədib:
"Qətl Rusiya Silahlı Qüvvələrinin hərbçisi tərəfindən törədilib. Nataşanın əri ilə nəsə problemi var idi. Yuxarı dairədən dərhal gəldilər və hər şeyi gizlətməyə başladılar, qonşulara susmağı söyləyiblər".
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay