BAKU Azərbaycan
°C

Varlıq aləmindəki hər bir fenomenin səbəbi və hikməti vardır. Etiqadda şəkk etmək də istisna deyildir. Etqadda şəkk etmək bəzən Allah Təala tərəfindən olar ki, bu yolla bəndəsini daha üstün yəqinlərə çatdıra bilsin. Əgər insan öz etdiyi şəklərdən nəticə çıxardarsa, o zaman inkişaf edər və irəli gedə bilər. Bəzi insanlar bir şeydə şəkk edən zaman iddia edirlər ki, həmin şey mövcud deyildir. Halbuki, şəkk nə yəqindir, nə də inkar. Bu ikisinin arasında qərar tutar. Əgər şəkk edən insan həmin mövzunu isbat və ya rədd etmək üçün səbəbə malik olmazsa, birini o birisindən üstün qərar verə bilməz. (Tebyan)

İnsanın ən çox şəkk etdiyi mövzulardan biri də Allahın varlığıdır. Yəni, nə qədər dəlil, sübut eşitsə də, bəzən yenə də şəkk edər. Bu şəkki aradan qaldırmaq üçün gərək bürhani dəlillərdən yardım alsın. Nizam bürhanı kimi. Hələ qədim zamanlardan insanlar aləmdə olan hadisələrin nə qədər nizamla baş verdiyinin şahidi olmuşdular. Bir qədər düşünüb bu nəticəyə gəlmişdilər ki, hikmətli bir Nizamyaradan mövcuddur ki, aləmdə belə nizamlılıq bərqərar etmişdir. Bu haqda düşünmək bizi Allahın varlığına çatdırar. Əmirəl-möminin (ə) buyurur: "Bu Allahdır ki, xəlq etdiklərində görünən tədbirin nişanələrinə görə ağıllara aşkar olmuşdur".
Beləliklə, deyə bilərik ki, təbiət aləmi nizamlı bir fenomendir ki, onu Allah Təala xəlq etmişdir. Quran bir çox ayələrində yerdə və göydə, insan xilqətində olan nizama işarə etmiş və onları Allahı tanıtmaq üçün nişanələr hesab etmişdir.

"Şübhəsiz, göylərdə və yerdə (onların vücudunda və yaradılmalarının necəliyi və təsirlərində) iman əhli üçün (Allahın tövhid, rübubiyyət, qüdrət və hikmətindən) nişanələr vardır. Və həmçinin sizin özünüzün yaradılışınızda və (bütün aləmdə) yaydığı canlılarda (bədənlərinin və ruhlarının fərqliliyi və ruhlarının bədənlərlə əlaqəsi baxımından) yəqini olan bir dəstə üçün nişanələr vardır. Həmçinin gecə ilə gündüzün get-gəlində, onların artıb azalmasında, Allahın (yağış və günəşin nuru kimi) göydən nazil etdiyi və vasitəsi ilə yeri öldükdən sonra diriltdiyi (toxumlara, bitkilərə və fidanlara inkişaf ruhu verdiyi) ruzidə, eləcə də küləklərin (müxtəlif istiqamətlərə) dolandırılmasında düşünənlər üçün nişanələr vardır. Bunlar (Kitabın bu ayələri və sizin öz vücudunuzda və təbiətdə olan ayələr) Allahın haqq və doğru olaraq sənə oxuduğumuz ayələridir. Buna görə də (əgər bunları qəbul etməsələr), Allahdan (Allahın sözündən) və Onun nişanələrindən sonra hansı sözə iman gətirəcəklər?!". ("Casiyə" 3-6).

İmam Baqir (ə) buyurur: "O kəs ki, yerlə göyün, gecə ilə gündüzün, fələkin, günəşin, Ayın və onun qəribə nişanələrinin vasitəsilə hidayət olmazsa, axirətdə kor ürəkli və yolunu azmış olar".

Beləliklə, deyə bilərik ki, Allahı tanımağın ən yaxşı yolu - Allahın hikməti haqqında düşünməkdir. Bu aləmin məxluqlarına tamaşa edərək, Allahın qüdrət və hikmətini dərk etmək olar.

Son xəbərlər

DİM-dən yayda keçiriləcək imtahanlarla bağlı QƏRAR

Aktrisadan “Cennet Mahallesi” ilə bağlı AÇIQLAMA: "Gördüm ki, onlar..." - FOTO

Ceyhun Bayramov Qətərə işgüzar səfərə YOLA DÜŞDÜ

Bakının məşhur restoranında ÖLÜM: Rəqs edərkən... - TƏFƏRRÜAT

Xadimə evdən 60 minlik qızıl-zinət əşyaları OĞURLADI 

Özbəkistanın mədəniyyət naziri Azərbaycana səfər edəcək

Yan Vanmin: "Azərbaycan Çin üçün çox vacib tərəfdaşdır"

“Azərbaycan 2030 və dayanıqlı inkişaf” milli tələbə müsabiqəsi keçirildi - FOTOLAR

Bakıda bu ərazidə yeni park salınacaq - RƏSMİ

Məşhur aktyor polisə ÇAĞIRILDI - FOTO

Qazaxda mina partlayışı OLDU, XƏSARƏT ALAN VAR

Putinin Türkiyəyə səfəri yubadılır - Səbəb nədir?

Sabah 32 dərəcə isti olacaq

Fransa müxalifəti Makrona qarşı: "Satqın, milli təhlükə, dəli..."

Məşhur müğənni ikinci dəfə ana oldu - FOTO

Roza Zərgərlinin paylaşımı müzakirə doğurdu - VİDEO

Prezident bu şəxsləri nazir müavini TƏYİN ETDİ - FOTO

Bu sürücülərə CƏRİMƏ YAZILA BİLMƏZ - Ekspert AÇIQLADI 

Azərbaycan Səudiyyə Ərəbistanı ilə potensial əməkdaşlığı MÜZAKİRƏ ETDİ

Si Cinpin Fransa, Serbiya və Macarıstana səfər edəcək

Bütün xəbərlər