18.11.2023 / 10:41
286
Göygöldə 10-a yaxın obyekt sahibi buna görə cəzalandırdıldı
Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Gundem.az-a verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən monitorinqlər zamanı rayonun bir neçə kəndlərində kəndlərində fəaliyyət göstərən ümumilikdə 10-a yaxın kafe-restoranda məişət tullantılarının urnalardan kənara atılması müəyyən edilib, obyekt sahibləri ilə profilaktiki söhbət aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə) maddəsi ilə protokol tərtib olunub.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay