BAKU Azərbaycan
°C

Bakı şəhərinin müxtəlif ərazilərində dönər satışı həyata keçirilən qida obyektlərində monitorinqlər keçirilib.

 Gundem.az bildirir ki ,Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Sfera.az-a verilən məlumata görə, monitorinqlər çərçivəsində noyabr ayının ilk ongünlüyündə 107 toyuq əti və 102 mal əti olmaqla, ümumilikdə, 209 hazır dönərdən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Götürülmüş məhsul nümunələrinin laborator analiz cavabının nəticəsi mənfi çıxan, müxtəlif bakteriya və s. uyğunsuzluq aşkarlanmış dönərxanalarda Agentliyin müfəttişləri tərəfindən plandankənar yoxlamalar həyata keçirilib.

Belə ki, 2023-cü ilin 20 noyabr tarixində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi 345A ünvanında fəaliyyət göstərən “Mersin Öz Tantuni” dönər evində, Qaradağ rayonu, Lökbatan ŞTQ, Xocahəsən yolu 57 ünvanında fəaliyyət göstərən “Ordubad” kafesində, Qaradağ rayonu, Binə Ticarət Mərkəzi ünvanında fəaliyyət göstərən “Alaturka” dönərxanasında, Nərimanov rayonu, A.Nemətulla küçəsi 73 ünvanında fəaliyyət göstərən “By Mersin Öz Tantuni” dönərxanasında, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595-ci məhəllə ünvanında fəaliyyət göstərən “Tam Dad” dönərxanasında, Sabunçu rayonu, Zabrat ŞTQ, Babək küçəsi 33 ünvanında fəaliyyət göstərən “İstanbul Dönər” ictimai iaşə obyektində, Nizami rayonu, Q.Qarayev prospekti 51/57 ünvanında fəaliyyət göstərən “Öz Tantuni” ictimai iaşə obyektində, Suraxanı rayonu, Əmircan ŞTQ, M.Mustafayev küçəsi 20A ünvanında fəaliyyət göstərən “Adana Dönər”, Nəsimi rayonu, S.Vurğun küçəsi 58, m. 22A ünvanında fəaliyyət göstərən “Tantuni” ictimai iaşə obyektlərində plandankənar yoxlamalar həyata keçirilib.

Aşkar edilmiş pozuntularla bağlı müəssisə rəhbərliyi barəsində inzibati tədbir görülüb, eyni zamanda, qida obyektində çiy dönər emalı və dönər kababının satışının qadağan edilməsi ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub. Agentlik tərəfindən müvafiq araşdırmalar və yoxlama-nəzarət tədbirləri davam etdirilir.







Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər