BAKU Azərbaycan
°C

Türkiyəli geoloq Naci Görür televiziya proqramlarının birində maraqlı açıqlama ilə çıxış edib.

Gundem.az Türkiyənin “Cumhuriyet” nəşrinə istinadla xəbər verir ki, Türkiyənin məşhur geoloqu, İstanbul Texniki Universitetinin professoru Naci Görür “Haber Global” televiziyasında yayımlanan “Yüz yüze” proqramının qonağı olub. Tanınmış elm adamı Türkiyənin seysmik xəritəsi ilə bağlı açıqlamalar verərək, ölkənin Tunceli bölgəsində zəlzələ riskinə diqqət çəkib. O, bu rayonla bağlı seysmoloji xəbərdarlıq edərək, baş verəcəyi təqdirdə yeraltı təkanların 7,4 bal gücündə olacağını deyib.

“Bunları bəlkə ilk dəfə burada dilə gətirirəm. Tunceli təhlükə altındadır. Bu gün həmin bölgədən heç kim bəhs etməsə də, təhlükə mövcuddur. Ərzincan-Karlıova arasında Yediova fayı var. Bu fayda yeraltı təkan sonuncu dəfə 1790-cı ildə baş qaldırıb, o, 250 ildən bir seysmik aktivlik yaratma potensialına malikdir. Gün getdikcə yaxınlaşır. Xüsusilə Pülümürün olduğu yeri, Ərzincan-Karlıova arasını gözləyirik. Bu fayda seysmik aktivlik oyanarsa, 7,4 ballıq zəlzələ baş verə bilər. Tuncelidən uzaqda deyil. Qərbdən də seysmik cəhətdən aktiv fayla əhatə olunub. Yedisu fayı xüsusilə təhlükəli hesab olunur. Vaxtına çox az qalıb, zarafat deyil. Dəqiq vaxtla bağlı konkret heç nə deyə bilmirik. Təkrarlanma dövrünü bilmirik.

Şərqi Anadoluda hələ bir müddət afterşokların davam edəcəyini qeyd edən geoloq bundan sonra hələ uzun müddət bu ərazidə güclü təbii fəlakətin meydana gəlməyəcəyini vurğulayıb.

“Bu bölgədə hələ 500 il ərzində güclü zəlzələ gözləmirik. Kiçik faylar qırılmağa davam etdiyinə görə, 1-1,5 il müddətində afterşoklar baş verəcək. Şərqi Anadolu fayında Bingöl və Karlıova bölgəsi istisna olmaqla, böyük seysmik fəlakət gözləmirik. Qırılmamış yerlər varsa, onlar tədricən qırılmağa davam edəcək”, – deyə türkiyəli professor bildirib.

İstanbulda gözlənildiyi deyilən zəlzələnin baş verib-verməyəcəyi ilə bağlı sualı cavablandıran alim əlavə edib: “İndi belə bir məsələ müzakirə mövzusu deyil. Məni maraqlandırmır. Araşdırmalara əsasən, bu mövzu ilə bağlı beynəlxalq müzakirələrin gəldiyi qənaət Mərmərə bölgəsində zəlzələnin baş verəcəyi ilə bağlı gözləntidir. Bu bölgənin tarixində də seysmik aktivliklər çox olub. Bizans və Osmanlı tarixindən bilirik. Zəlzələ proqnozu verdiyimiz zaman, Türkiyədə bu məsələni araşdıran elm adamı kimi deyirəm, bu mövzunu bizim qədər tədqiq edən başqa bir qrup yoxdur. Sadəcə türklər deyil, italıyalılar, fransızlar, yaponlar da açıqlama verir. İstanbulda əhalinin sıxlığı və yaşayış binalarının sayı çoxdur. Binaların 60 faizi seysmik xidmətlə təchiz edilməyib. Gözlədiyimiz zəlzələdə itkilərimiz daha çox ola bilər. Logistika, yerləşmə problemləri yaranar. Hətta xilasedicilərin əraziyə gəlməsi qeyri-mümkün ola bilər”. (azərtac)

Son xəbərlər

Almaniya Kansleri İlham Əliyevə zəng etdi

990-cı gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Azərbaycanlı rəqqasə özünə bahalı və lüks avtomobil aldı

Müəllimlərə veriləcək güzəştli kartlarda nələr olacaq? - DETALLAR

Zülfüqar Rüfətoğlu vəfat etdi

47 yaşlı müəllim qəfil vəfat etdi

Bakıda sexdə yanğın - avtomobillər yandı

Sirkə turşusu can aldı

Əsgərimiz bədbəxt hadisə nəticəsində həlak oldu - FOTO

Zakir Həsənov Qazaxıstan tərəfinə başsağlığı verib

Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?

İsrail səfirliyi Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib

Ankara Azərbaycan bayrağı ilə işıqlandırıldı

Noyabrın həyatlarını dəyişdirmək şansı verəcəyi ÜÇ BÜRC

Bazar günü Bakıda yağış yağacaq - PROQNOZ

Bakıda 15 marşrutun fəaliyyəti dayandırılır

COP29 zolağı:Elektrik mühərrikli avtobusla mediatur

Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib

Türkiyə XİN Azərbaycanın Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Qatar biletləri bahalaşıb? - ADY-dən ucuz bilet almağın yolları

Bütün xəbərlər