BAKU Azərbaycan
°C

Azərbaycanın Ankaradakı səfirliyi azərbaycanlı diplomatların aldadılması ilə bağlı Türkiyə mətbuatında yer alan məlumatlara münasibət bildirib.

Gundem.az xəbər verir ki,  "Unikal"ın məlumatına görə, səfirlikdən haqqin.az-a bildirilib ki, həmin şəxslərin Azərbaycanın Türkiyədəki səfirliyi və ya baş konsulluğu ilə heç bir əlaqəsi yoxdur:

"Biz bu hadisədən xəbərdarıq, lakin zərərçəkənlər Türkiyədəki beynəlxalq təşkilatların əməkdaşlarıdır”.

Səfirlikdən qeyd edilib ki, adıçəkilən diplomatlar bir neçə il əvvəl işlədikləri beynəlxalq təşkilatın işinə aidiyyatı olmayan şəxsi təşəbbüsləri əsasında maliyyə sərmayələri etmək qərarına gəliblər və xəbərlərdə elan olunan vəsaitin yalnız bir hissəsini itiriblər.

Hazırda həmin şəxslərin iddiası əsasında məsələ aidiyyəti hüquq-mühafizə orqanları və Türkiyə məhkəməsi tərəfindən nəzarətə götürülüb və istintaq mərhələsindədir.

Qeyd edək ki, dünən Türkiyə mediasında ICRYPEX kriptovalyuta şirkətinin sahibi və rəsmisi Gökalp İçerin azərbaycanlı diplomatlara qarşı təxminən 350 min dollar dələduzluq etməsi barədə xəbərlər yayılmışdı. 

Son xəbərlər

Bu BÜRCLƏR böyük dəyişikliklərin astanasındadır: yeni həyata başlayacaqlar

Aygün Kazımova toya bəyin dostu ilə "oyun çıxardı" - VİDEO

Azərbaycanda bu qida BAHALAŞACAQ: 10 gün qalıb...

Buraxılış imtahanının nəticələri AÇIQLANDI

Tramp "Apple"ı tariflərlə hədələdi

NATO Rusiya sərhədində PUA buraxacaq

Rusiya bir həftədə 1548 ədəd PUA vurub - MN

Toral Bayramov Avropa Liqasında 10-luğa düşdü

Çətin günlər geridə qaldı – Bu BÜRCLƏR xoşbəxtlik tapacaq

Türkiyədə DƏHŞƏT: ölən turistin ürəyini oğurladılar

Linkolnun qanlı əlcəkləri 1,5 milyona satıldı

Bu Avropa ölkəsində əhalinin sayı sürətlə azalır

“Vaqa" ləqəbli tiktokerin həbs müddəti uzadıldı

Müğənnini tava ilə döyüb öldürdülər

“Qalatasaray” onunla müqaviləni uzadır

Sürücülərin nəzərinə -Bu yol təmir olunur

Türkiyəli məşhur aktyorlar barəsində həbs qərarı...

Modriç buna görə "Real"dan getdi

Xarici bazarlara pomidor ixracı neçə faiz artıb?

Yay mövsümünün əsas trendləri - 5 GEYİM TƏRZİ

Bütün xəbərlər