BAKU Azərbaycan
°C

Sosial mediadan geniş istifadə ictimai gözəllik qavrayışlarını da müəyyən edir. Bu dəyişən qavrayışla rinoplastika başda olmaqla bir çox estetik əməliyyatlar erkən yaşda olunur.

Gundem.az qafqazinfo-ya istinadən xəbər verir ki, Dr. Mert Ersan bu kimi prosseslərin mütəxəssislər tərəfindən edilməsinin vacibliyini vurğulayıb. 

Həkim bildirib ki, xüsusilə sosial mediada məşhurların paylaşdığı görüntülər, istifadə etdikləri filtrlər cəmiyyətdə gözəllik qavrayışını dəyişib:

Çox sevdiyin məşhur bir şəxsi təqlid etməkdənsə, öz gözəlliyini dərk etmək daha önəmlidir. Hər kəsin üz quruluşu fərqlidir və estetik prosedurların fərdi şəkildə planlaşdırılması lazımdır. Xüsusilə də son 5-6 ildə estetik prosedurların artması səbəbindən bunun əksər insanlar tərəfindən gəlir mənbəyi olaraq görüldüyünü müşahidə edirik. Ancaq işinin peşəkarı olmayan şəxslərin həyata keçirdikləri prosedurlar bir çox fəsadlara səbəb ola bilər. İndiki vaxtda cərrahi olmayan dolğu, botoks kimi əməliyyatlar aparılır. Bu tip əməliyyatlar savadlı insanlar tərəfindən aparılmalıdır. Yəni o, dəriyə və dərialtı anatomiyasına yaxşı bələd olmalıdır. Bu həm bizim, həm də xalqın sağlamlığı üçün vacibdir".

Mert Ersanın sözlərinə görə, hazırda gənc qızlar estetik əməliyyatlara daha çox üz tuturlar. Burada da sosial medianın rolu böyükdür:

"Burun əməliyyatı erkən yaşlarda ən çox seçilən əməliyyatlardandır. Üzün oturuşması tamamlanmadan erkən yaşlarda ediləcək müdaxilələr üzün digər hissələrinin inkişafına zərər verə bilər. Bu, ola bilər, gələcəkdə bəzi funksional, fiziki və vizual problemlərə səbəb olsun. Ona görə də 18 yaşdan kiçik heç bir kəsə rinoplastika, yəni burun əməliyyatı etməyi məsləhət görmürük. Təəssüf ki bu gənclər həyatlarına belə davam edəcəklərini düşünürlər. Əməliyyatdan bir saat sonra daha gözəl burunları olacağını xəyal edirlər. Əlbəttə ki belə deyil. Buna görə də xəstə ilə düzgün ünsiyyət qurmaq və onun prosesi çox yaxşı başa düşdüyünə əmin olmaq lazımdır. Əməliyyatdan əvvəl və sonra nə etməsi lazımdır, onu hansı əməliyyat prosesi gözləyir, xəstənin psixologiyası bu əməliyyatı idarə edə biləcək səviyyədədirmi, əməliyyatdan sonra xəstə yeni burnu ilə yaşaya bilirmi? Bütün bunları danışmaq mütləqdir".

 

Son xəbərlər

Paşinyan təsdiqlədi: Ərdoğanla görüşə gedirəm!

İlham Əliyev Türkiyəyə gedir

Blok imtahanında 100 baldan aşağı nəticə əldə edən abituriyentləri nə gözləyir? -AÇIQLAMA

Prezident konfrans iştirakçılarına müraciət ünvanladı

Bu yollarda təmir işləri aparılır - Sürücülərin nəzərinə!

Bu apteklər Tarif Şurasının qərarlarına əməl etmirmiş

Bu ərazilərdə evlər söküləcək

Düyü bahalaşacaq – Bu tarixdən

TƏBİB bu xəstəxanada yoxlama aparır

İrandan təcili xəbərdarlıq: "Whatsappı silin!"

Məktəbəhazırlıq qruplarına qəbul başlayır - Tarixlər açıqlandı

Pakistan Prezidentindən İlham Əliyevə MƏKTUB

"Ermənistanla Azərbaycan arasında yeni müharibə olmayacaq"

Minlərlə azərbaycanlı, tək missiya - Məqsəd BİRLİKDİR

İran hava məkanı bu tarixə qədər bağlı qalacaq

Prezident qəbul keçirdi - FOTOLAR

Rusiya Sumda 2 kəndi ələ keçirdi

"29 soydaşımız Azərbaycan üzərindən İranı tərk edib" - İtaliya XİN

Bakıda içkili sürücü “ayıq sürücü” xidməti çağırmaq əvəzinə görün nə etdi – VİDEO

Məşhur müğənni axtarışa verildi

Bütün xəbərlər