Gundem.az xəbər verir ki, Rusiya paytaxtında yenidən güclü qar yağacağı gözlənilir.
"Dekabrın 3-ü səhər saat 10:00-dan günün sonuna kimi Moskvada qar yağacağı, bəzi yerlərdə intensiv olacağı, çovğun, yollarda qarın sürüşməsi, buz bağlaması gözlənilir", - Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir.
Ümumilikdə, dekabrın Mərkəzi Rusiyada normadan 1-1,5 dərəcə soyuq olacağı, qarın miqdarının orta göstəricidən 20% çox olacağı proqnozlaşdırılır. (Publika.az)