BAKU Azərbaycan
°C

Azərbaycanda bu ilin yanvar və fevral aylarında dollara tələbin artmasının səbəbləri bəlli olub. 


Gundem.az xəbər verir ki, Mərkəzi Bankın yanvar ayına dair açıqladığı statistik məlumatlarda bunun ilkin səbəblərini görmək mümkündür. 
Statistik məlumatlardan görünür ki, ev təsərrüfatları və hüquqi şəxslər banklardakı vəsaitlərinin bir hissəsini xarici valyutaya, xüsusən də ABŞ dollarına dəyişib. 
2023-cü ilin dekabrı ilə müqayisədə bu ilin yanvarında manatla olan depozitlərin həcmində azalma olduğu halda xarici valyutada olan depozitlərin məbləği xeyli artıb. Ötən ilin dekabrında milli valyutada olan depozitlərin həcmi 22,244 milyard manat, xarici valyutada olan depozitlərin həcmi 14,721 milyard manat idi. Bu ilin yanvarında milli valyutada olan depozitlərin həcmi 21,941 milyard manata düşüb, xarici valyutada olan depozitlərin həcmi isə 15,648 milyard manata yüksəlib. Müqayisə göstərir ki, bir ay ərzində milli valyutada olan vəsaitlər 303 milyon manat azalıb, xarici valyutada olan vəsaitlər 927 milyon manat artıb. 
Depozitlərin valyuta strukturundakı dəyişiklik həm ev təsərrüfatının, həm də qeyri-maliyyə təşkilatlarının vəsaitlərində müşahidə edilib. Əhalinin banklarda olan pul vəsaitlərinin həcmi 168 milyon manat artıb. Artımın yeganə qaynağı xarici valyutada olan vəsaitlər olub. Belə ki, milli valyutada qoyulan əmanətlərin həcmi 115 milyon manat azaldığı halda xarici valyutada olan vəsaitlər 283 milyon manat artıb. 
Qeyri-maliyyə təşkilatlarının da vəsaitlərində xarici valyutanın həcmi artıb, milli valyutada olan vəsaitlər isə azalıb. 

Banklarda olan depozitlərin valyuta strukturunda dəyişikliyin olması təbii olaraq bankların dollara tələbini artırıb. Çünki həm əhalinin, həm də digər şəxslərin xarici valyutaya olan tələbini məhz banklar ödəyir. 
Fevral ayında dollara tələbin bir qədər də güclənməsi müşahidə edilib. Bunun da səbəbi böyük ehtimalla yığımlarda dollara üstünlük verilməsi, əvəzində manatla olan vəsaitlərin azalmasıdır.
Əhalinin və təşkilatların dollara üstünlük verməsi son aylarda devalvasiya iddialarının yayılması ilə bağlıdır. Əgər devalvasiya ilə bağlı psixoloji təsir zəifləyərsə, manatla yığımlar yenidən artacaq.  (Sfera.az) 

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər