BAKU Azərbaycan
°C

Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun futbolçusu Mahir Emrelinin Azərbaycan millisinə çağırılmamasının səbəbi bilinib.

Gundem.az Apasport.az-a istinadən xəbər verir ki, yığmanın məşqçisi Arif Əsədov AFFA-nın mətbuat xidmətinə açıqlamasında 26 yaşlı hücumçunu zədə ilə əlaqədar “FIFA series – Edition 2024” layihəsi çərçivəsində keçiriləcək oyunlara dəvət etmədiyini açıqlayıb.

Mütəxəssis Cənubi Koreyanın “Tedjon Xana Sitizen” kollektivində çıxış edən müdafiəçi Anton Krivotsyukla bağlı vəziyyətin də eyni olduğunu bildirib: “Anton Krivotsyuk və Mahir Emrelinin heyətdə olmaması zədə ilə bağlıdır. Hər iki futbolçumuzla danışmışam, zədələri var. Həkimlə də məsləhətləşdik və qərara aldıq ki, zədələrini sağaltsınlar, onları növbəti təlim-məşq toplanışlarına çağıraq”.

Qeyd edək ki, Azərbaycan millisi FİFA tərəfindən ilk dəfə təşkil olunacaq yoldaşlıq görüşləri çərçivəsində martın 22-də Monqolustanı, 25-də isə Bolqarıstanı Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək. Hər iki qarşılaşma saat 20:00-da başlayacaq.

Son xəbərlər

Valideynlərin NƏZƏRİNƏ! - Yeri dolan məktəblərin alternativləri AÇIQLANDI + SİYAHI

Süni intellekt ölüləri təqlid edir: Psixoloji fəsadları...

Bu günə qədər neçə tələbəyə təhsil krediti verilib? - STATİSTİKA 

PISA üzrə II ICESCO Nazirlər Konfransının ilk günü YEKUNLAŞDI - FOTO

"1991-ci il Alma-Ata Bəyannaməsi demarkasiya prosesinin siyasi əsasına çevrilməlidir" - Mirzoyan

Yaxın günlərdə Xocalı şəhərinə 50 ailə köçürüləcək - RƏSMİ

Rusiyanın neft-qaz gəlirləri 82 faiz artıb – RƏQƏMLƏR

Qazaxıstanda keçmiş nazir 24 il müddətinə azadlıqdan MƏHRUM EDİLDİ

D vitaminin çox qəbul edilməsi ZƏRƏRLİDİRMİ?

Türkiyə qənaət rejiminə keçir: Bu xərclər üç il DAYANDIRILACAQ

Elcan Rəsulov xəstəxanalıq oldu - FOTO

Mariya Stadnikin atası VƏFAT ETDİ

Astanada ŞƏT ölkələrinin XİN başçılarının iclası KEÇİRİLƏCƏK

Məşhur polkovnikə AĞIR İTKİ - FOTO

"Belousov Putinin növbəti kuklasıdır" - Britaniyanın müdafiə naziri 

Coratda 10 aylıq körpə boğularaq ÖLDÜ

MİQ üzrə müsabiqəyə buraxılacaq bakalavr səviyyəsi üzrə ixtisasların siyahısı MÜƏYYƏNLƏŞDİ

Bu ərazilərdə su olmayacaq

Xalq artistindən Şuşada canlı ifa - VİDEO

Rusiyanın milyonluq helikopteri VURULDU

Bütün xəbərlər