BAKU Azərbaycan
°C

Əməkdar artist Tahir İmanov özəl televiziyaları kəskin tənqid edib.

Gundem.az bildirir ki, o, bu barədə "Künc-bucaq" adlı “Youtube” layihəsinin qonağı olarkən danışıb. T.İmanov televiziyalarımızda vəziyyətin çox acınacaqlı olduğunu vurğulayıb:

“Bunu Tahir İmanov kimi yox, adi tamaşaçı kimi deyirəm. Bu, mənim subyektiv fikrimdir. İnanıram ki, bu fikirdə olan insanların sayı günü gündən artır. Televiziya maarifləndirmir, öz verilişləri ilə böyük zərbələr vurur, qeyri-mədəniyyəti, qeyri-yumoru təqdim edir. Vətəndaş kimi demək borcumdur – buna bir çarə qılmaq lazımdır. Həm də radikal çarələr. Çünki getdikcə keyfiyyətsiz verilişlərin, səviyyəsiz aparıcıların, savadsız televiziya işçilərinin sayı artır. Bunlar çox pis təsir göstərir. Biz Rafiq Hüseynov, Roza Tağıyeva, Gülşən Əkbərova kimi diktorları görmüşük, onların vasitəsilə Fikrət Əmirovu, Qara Qarayevi, Niyazini, Səttar Bəhlulzadəni, Tahir Salahovu, Bəxtiyar Vahabzadəni və digər Azərbaycanın böyük şəxsiyyətlərini öyrənmişik. Bu gün də dövlət televiziyası maarifləndirir. Zənnimcə, özəl kanallardan qat-qat üstündür. Bir vaxtlar biz bəzi bayağı məqamlara görə Azərbaycan Dövlət Televiziyasının verilişlərini tənqid edirdik. Amma bu gün hər şeyin əksini görürük. Ona görə bir vətəndaş, bu işdən bir az başı çıxan bir insan kimi tövsiyə edərdim ki, ana televiziyamıza baxsınlar. Həmçinin, İctimai TV böyük işlər görüb, xırda da olsa, televiziya sahəsində inqilab törədib. Əsl mədəniyyəti, incəsənəti, əsl azərbaycançılığı necə təbliğ edirlər, bunlara baxsınlar. Çünki bunlar sözün əsl mənasında özəl telekanallar üçün dərslikdir”.

T.İmanov televiziyalarda yayımlanan bir sıra verilişləri parodiya etdiklərini də xatırladıb:

“Bir aparıcı var Zaur, onun verilişini parodiya etmişik. Elgizin verilişlərini də həmçinin. Növbəti, may ayında baş tutacaq konsertimizdə bunlar hamısı hədəfimizdədir. Biz mətbuatdan da oxuyuruq, ola bilsin ki, həmin vaxta kimi işlər dəyişdi. Mən nikbin adamam, inanıram ki, dəyişəcək. Amma düşünən insanların qəlbində, ürəyin ən aşağı mərtəbəsində təssüflər olsun ki, zərbələr, travmalar, yara izi qalacaq”.

Xatırladaq ki, bir neçə gün əvvəl ATV, XƏZƏR, ARB və SPACE telekanallarının rəhbərləri Prezident Administrasiyasına dəvət olunmuşdular. Burada kanallarda yayımlanan bir sıra şou və sosial verilişlərdəki biabırçı vəziyyətlə bağlı ciddi iradlar səsləndirilib. Qeyd edilib ki, ictimai narazılıq və narahatlıq doğuran “Bizimləsən”, “Elgizlə izlə”, “Səni axtarıram”, “Həmin Zaur”, “Gəl danış”, “Yaxşıya doğru”, “Təsir dairəsi” kimi verilişlər son illər teleradio məkanının inkişafı sahəsində əldə olunmuş uğurlara ciddi kölgə salır. (Sfera.az) 

 

Son xəbərlər

Ermənistanın keçmiş deputatı Rusiyada saxlanılıb

Yaponiya təxminən 2 milyard dollar dəyərində COVID-19 dərmanlarını məhv edəcək

Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək

Sumqayıtda avtomobil 18 yaşlı qızı vuraraq öldürüb

Fransadakı AES-in inzibati binasında baş verən yanğın söndürülüb

Rusiyada beşmərtəbəli binanın bir hissəsi çöküb

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

Rusiyanın Baş nazirinin 10 müavini olacaq

Luka Modriç mövsümün sonu "Real"dan ayrılacaq

"Seltik" Şotlandiya çempionatının qalibi olub

Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində ilk gənclər konfransı keçirilib

Qurban Yetirmişlidən zəlzələ riski ilə bağlı AÇIQLAMA: "Ən güclü təkan..."

Azərbaycanda güclü ZƏLZƏLƏ OLDU

Ziba Osmanova iki azyaşlını maşınla vurdu

“Xarıbülbül” festivalına ICESCO-ya üzv ölkələr də qatılıb

Hava ilə bağlı daha bir XƏBƏRDARLIQ!

Prezidentin festivaldakı çıxışının VİDEOSU

Putin yeni hökumətin strukturunu TƏSDİQLƏDİ

NATO-nun İsveçrə sammitindən GÖZLƏNTİLƏR: "Kiyev əmindir ki..." - AÇIQLAMA

Azərbaycan xalqını indi daha böyük inam birləşdirir  

Bütün xəbərlər