BAKU Azərbaycan
°C

“Neftçi” klubu martın 23-ü saat 18:00-da “Neftçi Arena”da Rusiyanın “Spartak” (Moskva) klubu ilə keçirəcəyi yoldaşlıq oyunu ilə əlaqədar azarkeşlərə müraciət edib.

Gundem.az xəbər verir ki, müraciətdə deyilir:

“Martın 23-ü “Spartak” ilə yoldaşlıq oyunu çərçivəsində həm ölkəmizdə olan, həm də qonşu ölkədən gələcək azarkeşlərin təhlükəsizliyinin yüksək şəkildə təmin olunması və oyun zamanı azarkeşlər arasında yarana biləcək mümkün arzuolunmaz halların qarşısını almaq məqsədilə müvafiq preventiv tədbirlərin görülməsi planlaşdırılır.

“Neftçi Arena”da keçiriləcək görüşdə Moskva təmsilçisinin azarkeşləri üçün xüsusi sektor ayrılacaq. “Spartak” azarkeşləri bu sektora bilet əldə etmək üçün qeyd edilən komandanın müvafiq qurumları ilə əlaqə yaratmalıdır.

“Neftçi” azarkeşləri üçün nəzərdə tutulacaq digər sektorlarda isə təhlükəsizlik məqsədi ilə “ağ-qaralar”a aid olmayan, digər komandalara və başqa ölkələrə məxsus atributları daşıyan azarkeşlərin oyunu izləməsi məhdudlaşdırılacaq. Belə hallara rast gəlindikdə həmin azarkeşlər dərhal təhlükəsizlik əməkdaşları tərəfindən stadiondan çıxarılacaq.

“Neftçi” PFK olaraq azarkeşlərin təhlükəsizliyi üçün nəzərdə tutulan bu tədbirlərin anlayışla qarşılanacağına inanırıq” , - deyə müraciətdə bildirilib.

Son xəbərlər

Azərbaycanlı gənc qəzada həlak oldu - ANBAAN VİDEO

Mesut Özildən əzəli rəqibinə MESAJ

Paytaxt məktəblərində operativ monitorinqlər keçirilir - FOTO

Rafətin FIRILDAĞI: Rayonda dəfn olundu, Bakıda televizor alanda TUTULDU – VİDEO

Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini imiş

Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu

Azərbaycan və Özbəkistan hərbi mütəxəssislərinin işçi görüşü KEÇİRİLDİ

Bankların hərracda tələbi 100 milyon dolları ötdü – SƏBƏB

FTX direktoru: "Xarici agentlərin Rusiyada fəaliyyəti ciddi təhlükə yaradır"

Vətəndaşı aldadaraq pulunu mənimsəyən şəxs SAXLANILDI

Zelenski və Makron Xarkov istiqamətində vəziyyəti MÜZAKİRƏ ETDİ

Avropa Məhkəməsinin yeni sədri O OLDU

Türkmənistan qazı Türkiyəyə Azərbaycan vasitəsilə tədarük olunacaq - YENİLƏNDİ

Ermənistandakı etirazların arxasında hansı qüvvələr dayanır? - AÇIQLAMA

Qeyri-sabit, yağıntılı hava şəraiti mayın 18-dək DAVAM EDƏCƏK

Ardı-arası kəsilməyən geomaqnit qasırğaları “Starlink”  peyklərini məhv etdi

Müsavat Partiyasının üzvü qətlə YETİRİLDİ - FOTO

Paşinyan: "Azərbaycanla sülh sazişinin imzalanmasının vaxtı çatıb"

Bu hərəkətdən sonra qadının çənəsi çıxdı - MARAQLI HADİSƏ

Mikayıl Cabbarov: “Petkim”in növbəti sərmayələri üçün işlər sürətləndirilir”

Bütün xəbərlər