BAKU Azərbaycan
°C

“Moskva Bakı ilə İrəvan arasında danışıqlar prosesinin öz nəzarətində olmasını istəyir”.

Gundem.az bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Kremlin nəzarətindən kənar sülh prosesi onun maraqlarına cavab vermir. 

“Misal üçün, Ermənistanın Baş naziri Nikol Paşinyan Tavuş vilayətinin sakinləri ilə görüşündə bildirib ki, İrəvan sərhəd kəndləri məsələsində Bakıya güzəştə getməsə, o zaman həftənin sonunda müharibə başlaya bilər. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə diqqəti kəndlərin qaytarılmasının sülhə xidmət edəcəyinə yönəltmək əvəzinə, Paşinyanın “müharibə” ifadəsindən yapışıb. “Avropa Birliyi, NATO və Vaşinqtondan olan yeni kuratorlar işi görün hansı yerə çatdırdılar” deyə Zaxarova Paşinyanın bəyanatının Rusiya ilə heç bir əlaqəsi olmadığını vurğulayıb. O, Paşinyanın siyasətinin və açıqlamalarının qərblilərlə məsləhətləşmələrinin nəticəsi olduğunu deyib”.

Ekspert vurğulayıb ki, Paşinyanın son açıqlamalarının leytmotivi Ermənistana məxsus olmayan kəndlərin Azərbaycana qaytarılması ilə bağlıdır:

“Bu haqda isə Zaxarova və digər Rusiya rəsmiləri açıqlama vermirlər. Halbuki, 4 kəndin Azərbaycana qaytarılmasının Qərblə əlaqəsi yoxdur, bu, Nikol Paşinyanın qərarıdır. Çünki reallıq bunu diktə edir, üstəgəl bu şifahi razılaşma Rusiya Prezidenti Vladimir Putinin də 9 noyabrda Azərbaycan və Ermənistan liderləri ilə imzaladığı üçtərəfli bəyanatla əlaqəlidir”. (Sfera.az)

 

Son xəbərlər

Apreldə yumurta 14 faiz ucuzlaşıb

Kapital Bank-ın dəstəyi ilə “My Technology” layihəsinə start verildi

Daşkəsəndə ev YANDI

Vətəndaşlara bank kartları ilə bağlı RƏSMİ XƏBƏRDARLIQ!

Azərbaycanda bu ərzaq məhsulları UCUZLAŞDI - SİYAHI 

Rusiya ilə Ukrayna arasında barışıq ola bilərmi? - Xarkova hücum olarsa...

Tanınmış jurnalistə AĞIR İTKİ - FOTO

COP29 çərçivəsində kiçik ada dövlətlərinə həsr edilmiş xüsusi iclas KEÇİRİLƏCƏK

Latın Amerikasında nadir HADİSƏ: Sakinlər avroranı gördülər - FOTO

"Qarabağ"ın mükafatlandırılacağı stadion BƏLLİ OLDU

Avropa Parlamentinin üzvü Azərbaycanda SƏFƏRDƏDİR

Xaviyer Nart Şəhidlər xiyabanını ZİYARƏT ETDİ - FOTO

Şuşada ilk yaşayış kompleksinin tikintisi YEKUNLAŞIR - FOTO

Bərdədə Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi KEÇİRİLİR - FOTO

Azərbaycanda bahalaşma dayanıb – Apreldə qiymət artımları sıfıra düşüb

Azərbaycanda 11 hakimin vəzifəsi DƏYİŞDİRİLDİ

Bu dəfə "Şuşanın dağları"nı Xan Əmi ilə OXUDU - VİDEO/FOTO

ATƏT-in hazırkı sədri Nikol Paşinyanla danışıqlar APARDI

Mikroplastiklərlə zəhərlənmə infarkt və insult YARADIR

MİT-dən növbəti uğurlu əməliyyat: PKK-nın önəmli şəxsi MƏHV EDİLDİ - FOTO

Bütün xəbərlər