BAKU Azərbaycan
°C

ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, Birləşmiş Ştatlar Qəzza zolağında dərhal atəşkəs və israilli girovların azad edilməsini tələb edən qətnamə layihəsini BMT Təhlükəsizlik Şurasına (TŞ) təqdim edib. 

Gundem.az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

Blinken deyib ki, Birləşmiş Ştatların hazırda Vaşinqtonun irəli sürdüyü bir qətnaməsi var,  o , BMT Təhlükəsizlik Şurasında nəzərdən keçirilir.

“Bu, dərhal atəşkəs və girovların azad edilməsini tələb edir və biz çox ümid edirik ki, ölkələr bunu dəstəkləyəcək”, - dövlət katibi qeyd edib.

Bundan əvvəl Blinken ABŞ-nin Dövlət Departamentinin Rəfahda mümkün genişmiqyaslı quru əməliyyatını dəstəkləməyəcəyini bildirmişdi. Dövlət Departamenti rəhbərinin sözlərinə görə, yerli əhalini şəhərdən təhlükəsiz şəkildə çıxarmaq üçün heç bir yol yoxdur və quru əməliyyatı onları “dəhşətli təhlükə” qarşısında qoyacaq.

Məlumat üçün bildirək ki, Rəfah Fələstin anklavının ən cənub yaşayış məntəqəsidir, Fələstin-İsrail müharibəsinin başlaması ilə anklavın şimalındakı Qəzza və digər şəhərlərin sakinləri buradan qaçıblar. (Sfera.az)

Son xəbərlər

Ermənistanın keçmiş deputatı Rusiyada saxlanılıb

Yaponiya təxminən 2 milyard dollar dəyərində COVID-19 dərmanlarını məhv edəcək

Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək

Sumqayıtda avtomobil 18 yaşlı qızı vuraraq öldürüb

Fransadakı AES-in inzibati binasında baş verən yanğın söndürülüb

Rusiyada beşmərtəbəli binanın bir hissəsi çöküb

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

Rusiyanın Baş nazirinin 10 müavini olacaq

Luka Modriç mövsümün sonu "Real"dan ayrılacaq

"Seltik" Şotlandiya çempionatının qalibi olub

Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində ilk gənclər konfransı keçirilib

Qurban Yetirmişlidən zəlzələ riski ilə bağlı AÇIQLAMA: "Ən güclü təkan..."

Azərbaycanda güclü ZƏLZƏLƏ OLDU

Ziba Osmanova iki azyaşlını maşınla vurdu

“Xarıbülbül” festivalına ICESCO-ya üzv ölkələr də qatılıb

Hava ilə bağlı daha bir XƏBƏRDARLIQ!

Prezidentin festivaldakı çıxışının VİDEOSU

Putin yeni hökumətin strukturunu TƏSDİQLƏDİ

NATO-nun İsveçrə sammitindən GÖZLƏNTİLƏR: "Kiyev əmindir ki..." - AÇIQLAMA

Azərbaycan xalqını indi daha böyük inam birləşdirir  

Bütün xəbərlər