BAKU Azərbaycan
°C

Ölkəmizdə eləcə də dünyada lazer epilyasiyası geniş yayılıb. 


Gundem.az xəbər verir ki, müasir dövrdə insanların öz rahatlıqları üçün asan üsullara maraqlı olması danılmaz faktdır. Bu üsullardan biri də arzuolunmaz tüklərdən uzunmüddətli azad olmaq istəyidir. Bu baxımdan lazer epilyasiyasına üz tutanlar arasında qadınlarla yanaşı kişilərin də sayı kifayət qədərdir. Lazer işığı tibbdə 50 ildən çoxdur ki, müxtəlif sahələrdə istifadə olunur. 


Lazer epilyasiyası isə bədəndəki arzuolunmaz tüklərin lazer enerjisi vasitəsilə uzunmüddətli yox edilməsidir. Lazer epilyasiyası zamanı tükün kökündə olan melanin piqmenti lazer şüasının təsiri altında qızır və tükün kökünü məhv edir. Lazer epilyasiyasının tətbiqi üsulu cihazların növlərinə bağlıdır. Lazer üsulunun getdikcə artan populyarlığı təyinatı üzrə müxtəlif cihazların icad edilməsinə səbəb olub.

Lazer epilyasiyasının bir sıra üstünlükləri olduğu kimi mənfi cəhətləri də mövcuddur. Hər aparatdan hər bədəndə istifadə etmək olmaz. Görülən işin keyfiyyətinə təminat verilməlidir. Bu proseduru düzgün tətbiq edən, insanların dəri tiplərini və cihazları tanıyan mütəxəssislərə üstünlük verilməlidir. Lazer epilyasiyası çox az vaxtda həyata keçirilir və bədənin həssas hissələrində də tətbiq oluna bilir. Lakin bu prosedur kəskin dəri xəstəliyi, varikoz, şəkərli diabet və ürək-damar xəstəlikləri yaradır. Xanımların ən çox narahat edən isə  lazer prosedurundan sonra sonsuzluğun yaranması və xərçəngin meydana gəlməsidir. Lakin araşdırmalar göstərir ki, kiçik şüalar sonsuzluq və xərçəng yaratmır. Amma genital bölgələrin lazer epilyası zamanı bir sıra əks göstərişlər meydana gələ bilir. Məhz bu baxımdan hamilə qadınlara, südverən analara və sistit problemi olan qadınlara lazer epilyasiyası məsləhət görülmür. (Sfera.az)

Son xəbərlər

Sabah yağış yağacaq

Bakıda məşhur şadlıq sarayında nöqsanlar aşkarlandı – FOTO

Bakıda xanım biznesmen vəfat etdi - FOTO

Çimnaz Sultanova xəstəliyini niyə gizlədib?

Boks məşqçisi hücuma məruz qaldı: Çənəsini sındırdılar

İrakli Kobaxidze Əli Əsədovla görüşdü

“Qarabağ” “Şamaxı”nı qəbul edəcək

Manafdan həmin ifadə ilə bağlı açıqlama -VİDEO

Qanunsuz çıxarılan 60 nəfər əvvəlki işlərinə qaytarıldı

Azərbaycanda 1 milyondan çox insana 200 manat VERİLƏCƏK? -MÜHÜM AÇIQLAMA

Xəstəxanaya getmişdi, qəfil öldü

İmran Xana hökm oxundu

Anar Cəfərov yüksək vəzifəyə TƏYİN EDİLDİ

Niyam Salami dələduzluqda ittiham olunur

Bakıda 37 milyona park salınır

Nazir müavininin qızı da cəza alıbmış - FOTO

Azərbaycanda ərzaq məhsulları ucuzlaşa bilər

Teymur Əsgərzadə yüksək vəzifəyə TƏYİN OLUNDU

Azərbaycanda qızıl UCUZLAŞDI - Yeni QİYMƏT görün neçə oldu

Beşiktaşın bələdiyyə sədri həbs edildi

Bütün xəbərlər