BAKU Azərbaycan
°C

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik Arutyunyanla müsahibə yayımlamalı idi. Lakin AzTV bir müddət əvvəl vəd etdiyi müsahibəni ötən axşam efirə vermədi.

Sosial şəbəkələrdə bəzi şəxslər telekanalı tamaşaçıları aldatmaqda qınayıb.


Gundem.az xəbər verir ki modern.az AzTV ilə əlaqə saxlayıb.

Telekanalın mətbuat katibi Rüfət Seyidov açıqlamasında bildirib ki, əvvəlcə sözügedən müsahibənin martın 28-də yayımlanacağı anons edilsə də, sonradan həmin məlumat AzTV-nin sosial şəbəkə hesablarından  silinib:

“Müsahibənin efirə getməsi tək bizdən asılı məsələ deyil. “Müsahibənin indi verilməsi nə qədər doğrudur” sualı ilə üzləşmişdik. Dünən biz müsahibənin axşam yayımlanacağı ilə bağlı anons da vermədik. Doğrudur, martın əvvəlində anons yaymışdıq. Daha sonra gördük ki, müsahibənin verilməsilə bağlı bəzi dəqiqləşmələrə ehtiyac var. Ona görə də həmin anonsları bütün sosial şəbəkə hesablarımızdan sildik ki, tamaşaçılarda çaşqınlıq yaranmasın.


Dünən saytlarda və sosial şəbəkələrdə yayılan informasiyalar isə həmin martın əvvəlində gedən və silinmiş anonsa istinad idi. Sanki vətəndaşlarda asossiasiya yaranmışdı ki, martın 28-də müsahibə mütləq efirə gedəcək”.

Bununla belə, Rüfət Seyidov müsahibənin efirə veriləcəyini də söyləyib:

“Müsahibə mütləq gedəcək. Lakin vaxt məlum deyil. Zaman bəlli olan kimi, müsahibənin gedəcəyi gün məlumat verəcəyik”.

Son xəbərlər

Zelenski Zalujnını Britaniyaya səfir TƏYİN ETDİ

Xocalıda insan qalıqları TAPILDI

Lassa qızdırması ilə bağlı XƏBƏRDARLIQ! - Göz, qulaq və ağızda...

Həştərxanda 5 nəfər naməlum maddədən zəhərlənərək ÖLDÜ

Rumen Radev: "Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir"

Azərbaycan Türkiyə ilə 2 anlaşma memorandumu İMZALADI - FOTO

Gəncədə futbolçuların döyüldüyü davanın VİDEOSU

"Ehtirası gizlətmək lazım deyil, mənim hər addımım puldur..." - Xumar Qədimova

ARB-nin aparıcısının azyaşlı övladı VƏFAT ETDİ - FOTOLAR

Harvard Universitetinin 34 il sonra gəldiyi NƏTİCƏ - Bu qidalar ÖLÜMƏ APARIR

Linzalar hansı hallarda insanı kor edə bilər? - Həkim AÇIQLADI

Si Cinpinin Fransa və Serbiya SƏFƏRİ: "Brüssel bundan narahatdır, amma..."

Türkiyə MN: "Azərbaycan və Gürcüstanın iştirakı ilə birgə hərbi təlimlər keçirəcəyik"

Qərbi Azərbaycan İcması BƏYANAT YAYDI

Ağdamda 12 yaşlı uşağı ilan SANCDI

Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara BAŞLADI

Leonid Slutski: "Heydər Əliyev bugünkü Azərbaycanı yaradıb"

Narkotikə görə saxlanılan müğənninin Bakı konserti LƏĞV OLUNACAQ?

Azərbaycan II Dünya müharibəsində nə qədər itki verib? - RƏQƏMLƏR

Sabah bu yollar BAĞLANACAQ - RƏSMİ

Bütün xəbərlər