BAKU Azərbaycan
°C

Qadınlar yuyucu vasitələr alarkən onlara vurulan xoş ətirli qoxulara aldanırlar. Bu qoxu isə insan orqanizmi üçün çox zərərlidir. Yuyucu tozlara vurulan ətirlər onların tərkibində olan kimyəvi maddələrin qoxularını aradan qaldırmaq üçün istifadə olunur.

 

Bəs yuyucu tozlara vurulan kimyəvi maddələrin insan orqanizminə nə kimi ziyanları var?

Gundem.az xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a danışan toksikoloq Vahid Rzayev bildirib ki, istənilən yuyucu tozun tərkibində ağardıcı, fosfat və xlor tərkibli maddələr olur.

“Onların arasında ən geniş yayılan kimyəvi maddə hipoxloriddir. Bu da, əsasən, ağ paltarlarda süni ağlıq yaradır. Yuyucu tozların tərkibində olan bu maddələr tozlanma ilə nəfəs yollarına keçərək ürək damar və onkoloji xəstəliklərin yaranmasına səbəb olur”.

Vahid Rzayev qeyd edib ki, bu maddələr dəri ilə təmasda olduqda, dəridə qızartılar və qaşınma yaradır.

“Beləliklə, həmin maddələr dəri vasitəsilə orqanizmə mənfi təsir göstərir. Dəri həmişə xarici mühit faktorlarının təsirinə məruz qalır. Bu zaman isə ekzema, neyrodermatit və psoriaz da daxil olmaqla bir çox dəri patologiyaları yarana bilir. Yerli allergik reaksiyalardan başqa, kimyəvi maddələrin kəskin qoxusu halsızlıq, baş ağrısı yarada, eləcə də müqaviməti də zəiflədə bilir. Məhz bu baxımdan uşaq paltarları üçün nəzərdə tutulmuş sadə tərkibli yuyucu tozlardan istifadə etmək lazımdır. Çünki onların tərkibində xlorlu birləşmələr olmur. Bundan əlavə, bu halların qarşısını almaq üçün qoxusu az olan dənəvər halda satışa buraxılan yuyucu vasitələrdən istifadə etmək lazımdır. Yuyucu vasitələrdə təmasda olarkən əlcəklərdən istifadə etmək tövsiyə edilir".

Son xəbərlər

Magistral yolun bir hissəsi uçdu: 18 avtomobil uçuruma düşüb, tələfat var

Azərbaycan bu ölkələrlə enerji sistemlərini birləşdirdi

Bakı-Sumqayıt qatarını daşa basdılar - RƏSMİ

Gürcüstanda etiraz aksiyaları: Polis su şırnaqları və rezin güllələrlə insanları dağıtdı

50 aptekdə yoxlama aparıldı, 7-də nöqsan aşkarlandı

Neft ucuzlaşır – “Azeri Light”ın YENİ QİYMƏTİ

Bu şəhərdə dondurma və pizza yemək QADAĞAN EDİLƏCƏK

Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ

19, 20, 21 və 28 may tarixləri ilə bağlı əhaliyə MÜHÜM XƏBƏRDARLIQ!

İlham Əliyev İraq Parlamentinin sədrini QƏBUL ETDİ - FOTO

Bölgələrdə vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər? - VİDEO

Ağakərimin son vəziyyəti AÇIQLANDI

Ukraynada yaralanan azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI

Gömrük Komitəsinin sabiq əməkdaşına hökm oxundu

İlham Əliyev İraqa səfər edəcək

Qubad İbadoğlunun yaşayış yerini dəyişməsinə icazə verildi

Addison xəstəliyi nədir və necə müalicə olunur?

Bəy gəlini "moyka"da "yudu" - VİDEO

Fransa XİN başçısı Benyamin Netanyahu ilə GÖRÜŞDÜ 

Əhaliyə hava ilə bağlı MÜHÜM XƏBƏRDARLIQ!

Bütün xəbərlər