BAKU Azərbaycan
°C

Xəbər verdiyimiz kimi, Azərbaycan kubokunun yarımfinal mərhələsində baş tutmuş “Neftçi”- “Qarabağ” derbisindən sonra “Ağ-qaralar”ın futbolçusu Qara Qarayevlə Ağdam təmsilçisinin fan klubu “İmarət” arasında qalmaqallı anlar yaşanıb.

Gundem.az xəbər verir ki, onlar Qara Qarayevi rəqib komandaya keçdiyi üçün təhqir ediblər. Q.Qarayev də azarkeşlərin təhqiredici şüarlarına cavab verib.

Bu hadisədən sonra bir çox futbolçular, tanınmışlar Qara Qarayevlə bağlı paylaşımlar edərək ona dəstək nümayiş etdiriblər. 

“İmarət” azarkeş qrupu isə “Facebook” səhifəsində futbolçunun təhqir edilməsinə haqq qazandıran paylaşım edib: 
 
“Qarayev, Qarayev, Qara Qarayev, “Qarabağ”ın igidi Qara Qarayev “vaxtı var idi bu şüarı səsləndirən də “İmarət” idi. Futbolçuya karyerası boyu ən böyük dəstəyi də elə azarkeşlər verir. Qara bizim sevimli futbolçumuz olub və geyindiyi formanın haqqını verib. Nə Qara, nə də başqa futbolçu ilə azarkeşin şəxsi ədavəti, prinsipi ola bilməz. O cümlədən, təhqirə məruz qala bilməz. Qara Qarayev əfsanəsi ola biləcəyi klubdan çıxıb həmin klubun əzəli rəqibi olan “Neftçi”ni seçəndə həmin klubun azarkeşlərinin də onu meydanda görəndə xoş qarşılamayacağına hazır olmalı idi.

Futbol ictimaiyyəti və özü Qarayevin keçidini peşəkarlıq adlandırırsa, indi də azarkeşin reaksiyasına peşəkar yanaşmaq lazımdır. Heç bir futbolçu və ya futbol adamı “İmarət” tribunasına yaxınlaşıb barmaqla heç kəsi hədələyə bilməz. Hədələyəcəksə, olacağı budur. Bəli, kaş ki olmayaydı. Ancaq olubsa, bu, tribunada da olub, bitib. Azarkeş necə tribunadakı hərəkətlərində emosional və çılğındırsa, bu stiuasiyada da eyni cür oldu. Qaraya dəstək olanlara da “Neftçi Arena”ya getməklərini məsləhət görürük. Futbolçuya stadionda dəstək olmaq lazımdı, sosial şəbəkədə yox”. (Sfera.az)

 

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər