BAKU Azərbaycan
°C

"Rossiya" telekanalındakı "Ən vacib şey haqqında" verilişində diyetoloq Marina Makişa lobyanın faydalarından danışıb. 


Gundem.az bildirir ki, onun sözlərinə görə, paxlalılar fəsiləsinin hər növünün özünəməxsus faydası var və müxtəlif növ lobyaların qarışığı, ümumiyyətlə, bütün xəstəliklər üçün dərmandır. 

Ağ lobya

Ağ lobya ən çox fol turşusuna (B9 vitamini) malik olan paxla növüdür. Bu əlavə hamiləliyi planlaşdıran qadınlara tövsiyə olunur, çünki fol turşusu hüceyrə bölünməsi üçün çox vacibdir. O həmçinin ürək-damar xəstəlikləri riskini artıran homosistein səviyyəsini azaltmağa kömək edir. Buna görə damar sağlamlığı üçün ağ lobya istehlak etmək lazımdır.

Qırmızı lobya

 

Bu növdə iltihabı aradan qaldırmaq üçün lazım olan bir çox antioksidant var. Bu lobya növü artrit iltihabını bir qədər azaltmağa və bununla da ağrıları yüngülləşdirməyə kömək edən bir məhsul kimi tövsiyə olunur. Qırmızı lobya həmçinin yüksək miqdarda üzvi kükürd birləşmələrini ehtiva edir. Bildiyiniz kimi, bədənimizin sağlam sümüklər və oynaqlar üçün kükürdə ehtiyacı var.

Qara lobya

Bu lobya daxilən və xaricən gəncləşmək üçündür. Bu növ lobya yoğun bağırsağın mikroflorası üçün faydalı lif ehtiva edir. Tərkibində antioksidant və bağırsaq mukozasını müxtəlif mənfi amillərin təsirindən qoruyan, xərçəng riskini azaldan maddələr var. Onlar həmçinin dəriyə ultrabənövşəyi şüaların zərərini azaldır.

"Yaxşı olardı ki, lobya qarışığı hazırlayıb maksimum fayda əldə edəsiniz. Bu tərkibə şişkinliyin qarşısını almaq üçün tərkibində çoxlu efir yağları olan ədviyyatlar əlavə etməyə dəyər. Məsələn, keşniş, zəncəfil, zirə, mixək. Siz evdə paxlaları qaynada bilərsiniz, ya da öz şirəsində konservləşdirilmiş lobya ala bilərsiniz, onlar sağlamlıq üçün təhlükəsizdir, həzmi asan və kalorisi azdır", - Matina Makişa fikrini yekunlaşdırıb.  (Sfera.az)

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər