BAKU Azərbaycan
°C

Kreml Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağ bölgəsindən çıxarılmasını təsdiqləyib. Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Gundem.az xəbər verir ki, bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Asif Nərimanlı xatırladıb ki, 2023-cü ilin 20 sentyabrında Qarabağda separatizminin ləğvi və ermənilərin Ermənistana qayıtmasından sonra sülhməramlıların missiyası de-fakto bitmişdi:

“Lakin rəsmi Bakı Rusiya ilə münasibətlərə görə bu məsələdə israr etmədi, prosesin 10 noyabr razılaşmasına uyğun irəliləməsindən yana oldu. Bu razılaşmaya görə, sülhməramlılar 2025-ci ildə Qarabağdan çıxmalı idilər, hərçənd, prosesin vaxtından əvvəl başlamasının mümkün səbəbləri ola bilər. İlk növbədə, Moskvada anlayırlar ki, sülhməramlıların Qarabağda işi bitib, bir il daha qalmaq özləri üçün də əlavə yükdür. Həmçinin, Ukrayna müharibəsi fonunda hərbi qüvvə çatışmazlığı yaşayan Rusiyanın bu qoşunlara ehtiyacı ola bilər. Nəticə etibarilə, rus qoşunlarının Azərbaycan ərazisində qalması təhlükəsi də aradan qalxdı. Və bunu 44 günlük müharibədən sonra Azərbaycanın daha bir qələbəsi hesab etmək olar”.

Ekspert bildirib ki, Rusiya sülhməramlılarının Qarabağa yerləşdirilməsi ictimai narazılıq yaratmışdı, lakin burada rəsmi Bakının çoxtərəfli siyasi planı var idi:

“Bakının rus qoşunlarının Qarabağa gəlişinə razılıq verməsi, münaqişənin bitməsi, qələbənin rəsmiləşdirilməsi gedişi idi, əks təqdirdə, müharibə bitsə belə münaqişə bitməyəcəkdi. Bakı Rusiyadan Qarabağ məsələsində digər maraqlı tərəflərin – ABŞ və Fransanın müdaxiləsinin qarşısını almaq üçün istifadə etdi. Eyni zamanda, Türkiyəni bölgəyə gətirməklə Rusiya qarşısında qalxan yaratdı: Ağdamdakı monitorinq mərkəzi heç bir iş görməsə belə, mövcud olması Rusiya qarşısında Azərbaycanın əlini gücləndirən faktor idi. Rusiya qoşunlarını bölgədə saxlamaq üçün çox çalışdı, lakin Bakı hər bir cəhdə qarşı öz həmləsini edirdi. Hazırkı nəticə riskli görünən bu planın uğurla həyata keçirildiyini təsdiq edir”.

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər