BAKU Azərbaycan
°C

"Ermənistanın Qərbin təsir platformasına çevrilməməsi üçün Cənubi Qafqaz ölkələri birgə məsləhətləşmə formatı yaratmalıdırlar".
Gundem.az xəbər verir ki bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko deyib.

Onun sözlərinə görə, Qərb ölkələri Rusiya iqtisadiyyatı üçün strateji əhəmiyyət kəsb edən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin işə salınmasına qarşı çıxmaq istəyirlər.

“Ermənistanın Qərbin təsir platformasına çevrilməsinin qarşısını almaq üçün bütün region ölkələri - Rusiya, Azərbaycan, Türkiyə, İran birləşməlidir. Bu gün ABŞ, Aİ və Fransa İrəvanı “Troya atına” çevirmək niyyətindədirlər ki, onun vasitəsilə yeni qeyri-sabitlik yarada, yeni silahlı münaqişələri qızışdıra və nəticədə regionu xaosa sürükləyə bilərlər. 

Fakt budur ki, “Şimal-Cənub” dəhlizi regiondan keçir və bu, Qərbin sanksiyalarından yan keçmək və Rusiya iqtisadiyyatının stabil işləməsi üçün zəruri olan logistika baxımından Rusiya üçün son dərəcə əhəmiyyətlidir”, - Korotçenko bildirib.

Ekspert qeyd edib ki, Qərb digər məsələlərlə yanaşı, cənubda Rusiyaya qarşı ikinci cəbhə açmaq istəyir. Onun sözlərinə görə, region ölkələrinin liderlərinin ən azı Təhlükəsizlik Şuralarının katibləri səviyyəsində məsləhətləşmələrə getməsi zəruridir. O, Çinin bu təklifə xüsusi diqqət yetirməli olduğunu vurğulayıb.

“Cənubi Qafqazda sabitliyin pozulması Mərkəzi Asiyada sabitliyin pozulması deməkdir və bu, birbaşa Çinin maraqlarına təsir edir. Başqa sözlə, bu format bizə Qərbin Cənubi Qafqaza mənfi təsirinin qarşısının alınması və ona qarşı necə mübarizə aparacağına dair yol xəritəsini birgə hazırlamağa kömək edəcək”, - Korotçenko qeyd edib.  (Sfera.az)

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər