BAKU Azərbaycan
°C

Xəbər verdiyimiz kimi, ABŞ Senatı Ukraynaya 61 milyard dollarlıq hərbi yardım paketini qəbul edib və qanun layihəsi imzalaması üçün Prezident Co Baydenə təqdim edilib.

 

ABŞ-nin 61 milyard dollarlıq yardımı Ukrayna üçün vəziyyəti necə dəyişəcək? Ukraynaya hansı silahlar veriləcək?

Gundem.az bildirir ki, Ukraynanın ehtiyac duyduğu ən aktual silahlar üç kateqoriyaya bölünür.

Bunlar hava hücumundan müdafiə sistemləri, orta və uzaq mənzilli raketlər və artilleriya mərmiləridir. 

Rusiyanın hava zərbələrini dəf etmək şəhərlərin və enerji stansiyaları kimi kritik infrastrukturun qorunması üçün həyati əhəmiyyət kəsb edir. Xatırladaq ki, ötən həftə Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Rusiya tərəfindən təkcə bu il təxminən 1200 raket, 1500-dən çox dron və 8500 idarə olunan bomba hücumuna məruz qaldığını bildirib.

Ukrayna qısamənzilli “Stinger" raketlərindən tutmuş qabaqcıl və olduqca bahalı “Patriot” sisteminə qədər müxtəlif sistemlərə malikdir. Zelenski bildirib ki, ən azı daha yeddi “Patriot” və ya onların ekvivalentinə ehtiyac var.

Quruda gedən müharibə də həyati əhəmiyyət kəsb edir. Oktyabr ayından bəri Ukrayna şərq ərazisinin təxminən 583 kvadrat kilometrini əsasən artilleriya çatışmazlığı səbəbindən itirib.

ABŞ Ordusunun Taktik Raket Sistemlərinin (ATACMS) uzaq mənzilli versiyasını verməyə hazır olduğu bildirilib. Yeni versiya 600 km məsafəni (əvvəlkindən 2 qat çox) qət edir.+

ABŞ 2022-ci ilin fevralından bəri Ukraynaya “M777 haubitsa”ları üçün 2 milyon 155 mm-lik artilleriya mərmiləri göndərib və çox güman ki, bu son paketə əsasən daha çox göndəriləcək.

Qeyd edək ki, Birləşmiş Ştatlar tez bir zamanda Ukraynaya silah çatdırmaq üçün çox güclü logistika şəbəkəsinə sahib olduğunu bildirib. Lakin Rusiya qüvvələrinin şərqdə zərbələrini davam etdirdiyinə görə, avadanlıqların, xüsusən də artilleriya avadanlığının cəbhə bölgəsinə çatdırılması günlər və hətta həftələr çəkə bilər. Keçən həftə Rusiya Qərb silahlarının saxlanıldığı logistika mərkəzlərinə və anbarlarına zərbələrin intensivliyini artıracağını bildirib.

Ukraynalı pilotlar və ekipajlar hazırda Rumıniyada olan Qərbin “F-16” təyyarələri ilə təlimlərini davam etdirirlər. Bu çoxməqsədli təyyarələr Ukraynanın hava hücumundan müdafiəsini potensial olaraq təkmilləşdirir. Danimarka, Hollandiya və ABŞ bir neçə ay ərzində onlarla "Vipers"i Ukraynaya çatdıracaq. Moskva isə “F-16"ların döyüş meydanında çox da fərq yaratmayacağını və Rusiya qüvvələri tərəfindən vurulacağını bildirib.  (Sfera.az)

 

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər