BAKU Azərbaycan
°C

2024-cü ildə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarında artım sürətinin xeyli zəifləməsi müşahidə edilir. 
Gundem.az AMB-nin açıqladığı məlumatlara istinadən xəbər verir ki, 2023-cü ilin sonunda 11,613 milyard dollar olan ehtiyatların həcmi bu ilin mayın 1-də 11,661 milyard dollara çatıb. Son 4 ayda valyuta ehtiyatlarının həcmi cəmi 48 milyon dollar və ya 0,41 faiz artıb.
Son 3 ayda isə ehtiyatların həcmində artım sürəti xeyli zəifləyib. Fevral, mart və aprel ayları ərzində valyuta ehtiyatları hər ay orta hesabla 4-6 milyon dollar artıb. 
AMB-nin ehtiyatlarında artım sürətinin zəifləməsi ölkə daxilində xarici valyutaya tələbin əvvəlki illərlə müqayisədə xeyli artmasını göstərir. Adətən ehtiyatlardakı dəyişiklik valyuta bazarında tələb və təklifin fərqindən asılı olur. Fərq müsbət olanda ehtiyatlar artır, mənfi olduqda ehtiyatlar azalır. 2024-cü ildə xarici vəsaitə tələb və təklif arasındakı fərq sıfıra yaxınlaşdığından ehtiyatlarda artım sürəti minimuma enib. Bu vəziyyətin nə qədər davam edəcəyini zaman göstərəcək.
Xatırladaq ki, 2023-cü ildə AMB-nin ehtiyatları böyük sürətlə artmışdı. İlk 4 aylıq dövrü götürsək, ehtiyatlar 2023-cü ildə 194 milyon dollar artaraq 9,19 milyard dollara çatıb.  

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər