BAKU Azərbaycan
°C

İyulun 12-nə qədər NATO-nun 75-ci Sammiti keçiriləcək. ABŞ Azərbaycan və Ermənistanı tədbirə tərəfdaş kimi dəvət edib. Ölkəmiz xarici işlər naziri səviyyəsində təmsil olunur.  Artıq Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və ABŞ-nin dövlət katibi Antoni Blinken arasında üçtərəfli görüşün olacağı bildirilir.  Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. “Görüş bu gün, iyulun 10-da ABŞ-nin paytaxtında keçiriləcək”, - məlumatda qeyd olunub.

Gundem.az xəbər verir ki, bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Vaşinqtonun bu dəvətinin məqsədi əsasən Cənubi Qafqazda formalaşmış yeni reallıqları öz strateji müstəvisinə çıxarmaqdan ibarətdir:

“ABŞ xüsusilə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasında vasitəçi olaraq regionda strateji hədəfini inkişaf etdirməyə çalışır. Ümumiyyətlə, ABŞ-nin vasitəçiliyi ilə xarici işlər nazirlərinin bir neçə görüşü keçirilib. Bu görüşlər tərəflər arasında mümkün etimadın formalaşmasına gətirib çıxarıb”.

Ekspert bildirib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü zamanı razılaşdırılmış və müzakirə edilən məsələlər ətrafında danışıqlar gedəcək:

“Əslində fikrimcə, artıq belə görüşlərə ehtiyac yoxdur. Azərbaycan və Ermənistan ikitərəfli şəkildə müxtəlif platformalarda danışıqlar aparır. Sadəcə ABŞ Cənubi Qafqazda sülhün bərqərar edilməsində öz mövqeyini ortaya qoymağa çalışır”.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə yola düşüb. Məlumata görə, səfər çərçivəsində Ceyhun Bayramovun ABŞ-nin paytaxtı Vaşinqton şəhərində keçiriləcək NATO Zirvə görüşündə iştirakı, habelə bir sıra yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Son xəbərlər

Rusiyaya gedənlər üçün vacib XƏBƏR: mütləq oxuyun

Nadir bu tarixdə oğluna toy edir - FOTO

Vətəndaşın kartından 27 283 manat belə oğurlandı

Quş qripi sürətlə mutasiyaya uğrayır

Sürücülərin nəzərinə!

Bu marşrutunun hərəkət sxemi müvəqqəti dəyişir

"Samsung"un baş direktoru vəfat etdi

Dünyanın ən varlı qadınları

Qızılın qiyməti rekord həddə BAHALAŞDI

"Liverpul"un ulduzu "Real"da!

Bu BÜRCLƏR ayın sonuna kimi şəxsi xoşbəxtlik tapacaq

16 minlik oğurluq etdi

Aysunun keçmiş ərinin paylaşımına qəribə REAKSİYA:" Acığına gəlməsin, canını yaxşı qurtardın" - FOTO

“Kızıl goncalar”ın final tarixi dəyişdi

Sabahdan bu məktəblərdə dərs başlayır

Arıqlayacağının anonsunu verdi - VİDEO

Qəza aeroport yolunda sıxlıq yaratdı - VİDEO

Süni tənəffüs aparatına qoşulan aktyordan XƏBƏR VAR

"Fənərbağça" bu ulduzunun maaşını azaldacaq

Ən xoşbəxt BÜRCLƏR

Bütün xəbərlər