BAKU Azərbaycan
°C

Noyabrda keçiriləcək seçkilərdə yenidən namizədliyini açıqlayan Co Baydenin yaşı və ümumi səhhəti ilə bağlı müzakirələr davam edir. 

Gundem.az bildirir ki, Ağ Evin sözçüsü Karine Jan Pier gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. O qeyd edib ki, bəziləri Baydeni namizədlikdən geri çəkilməyə çağırsa da, Konqresin bir çox üzvləri prezidenti dəstəkləyir.

Baydenin noyabrda yenidən seçiləcəyi təqdirdə ikinci dörd illik prezidentlik müddətini başa vurub vurmayacağı ilə bağlı sualına Jan Pier “Bəli, tamamlayacaq" cavabını verib. Bu sual Baydenin səhhəti ilə əlaqədar verilib. Düşünülür ki, Bayden yenidən prezident seçilərsə, bu yükə uzun müddət tab gətirə bilməyəcək. Prezidentin dövləti və xalqı yarı yolda qoya biləcəyi istiqamətində fikirlər yayılır. 

Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatasında xidmət edən Demokrat Partiyasının üzvləri dünən qrup toplantısında bir araya gələrək Baydenin səhhətinə görə prezident seçkilərindən çəkilib-çəkilməməsi məsələsini müzakirə ediblər.

Xatırladaq ki, Ağ Ev iyulun 3-də Baydenin prezidentlik yarışından geri çəkilməyəcəyini açıqlayıb. İyulun 4-də isə Donald Tramp rəqibi Baydenin “yarışdan çəkiləcəyini” iddia edib. İyulun 8-də Ağ Ev rəhbəri Konqresdə Demokratlara göndərdiyi məktubda səhhəti ilə bağlı müzakirələri və namizədlikdən imtina çağırışlarını rədd edib. O, Trampı məğlub etməkdə qərarlı olduğunu qeyd edib.  (Sfera.az)

Son xəbərlər

Rusiyaya gedənlər üçün vacib XƏBƏR: mütləq oxuyun

Nadir bu tarixdə oğluna toy edir - FOTO

Vətəndaşın kartından 27 283 manat belə oğurlandı

Quş qripi sürətlə mutasiyaya uğrayır

Sürücülərin nəzərinə!

Bu marşrutunun hərəkət sxemi müvəqqəti dəyişir

"Samsung"un baş direktoru vəfat etdi

Dünyanın ən varlı qadınları

Qızılın qiyməti rekord həddə BAHALAŞDI

"Liverpul"un ulduzu "Real"da!

Bu BÜRCLƏR ayın sonuna kimi şəxsi xoşbəxtlik tapacaq

16 minlik oğurluq etdi

Aysunun keçmiş ərinin paylaşımına qəribə REAKSİYA:" Acığına gəlməsin, canını yaxşı qurtardın" - FOTO

“Kızıl goncalar”ın final tarixi dəyişdi

Sabahdan bu məktəblərdə dərs başlayır

Arıqlayacağının anonsunu verdi - VİDEO

Qəza aeroport yolunda sıxlıq yaratdı - VİDEO

Süni tənəffüs aparatına qoşulan aktyordan XƏBƏR VAR

"Fənərbağça" bu ulduzunun maaşını azaldacaq

Ən xoşbəxt BÜRCLƏR

Bütün xəbərlər