BAKU Azərbaycan
°C

Rusiya Prezidenti Vladimir Putin Tuvanın paytaxtı Kızıl şəhərində 20 saylı məktəbdə keçirdiyi “Vacib şeylər haqqında söhbət” adlı açıq dərsdə bildirib ki, Rusiya onu təcrid etmək cəhdlərinə baxmayaraq, Qərb dövlətləri ilə əlaqəni itirmir.  “Qərb siyasətçilərinin hərəkətlərinə baxmayaraq, bir çoxları ənənəvi dəyərləri və Rusiyanı dəstəkləyir", - o qeyd edib.

Putinin bu açıqlamasının pərdəarxasında nələr dayanır?

Gundem.az xəbər verir ki, bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Putinin belə bir fikir səsləndirməsində bir neçə məqsəd var:

“Birincisi, o, bununla rəsmi Moskvanın radikal mövqedən uzaq olduğunu göstərmək və münasibətlərin kəskinləşməsində Qərbi ittiham etmək istəyib.  İkincisi, ola bilsin, Putin bu açıqlaması ilə Qərb dövlətlərini bir-birinə qarşı qoymaq istəyib. O, bəzi Qərb dövlətlərinə mesaj vermək istəyib ki, müəyyən Qərb dövlətləri Rusiya ilə əlaqə saxlayırlar. Beləliklə, yəqin ki, Kreml rəhbəri Qərb dövlətləri arasında ziddiyyətin yaranacağına və onların Rusiya ilə münasibətlərə görə bir-birilərini ittiham edəcəyinə ümid edib”.

K.Novruzov qeyd edib ki, Qərb dairələrində Rusiya ilə münasibətləri qoruyan dövlətlər onsuz da var: 

“Putinin bu açıqlamanı Tuvada və şagirdlər qarşısında verməsini təsadüfi hesab etmirəm. Görünür, Kreml rəhbəri Tuva türk respublikasındakı gənc nəslə ideoloji təsir etmək və onları mərkəzi hakimiyyətin siyasətinə ciddi şəkildə uyğunlaşdırmaq niyyətindədir”.

Son xəbərlər

Ukrayna da bu şəhəri VURDU: yaşayış binaları və avtomobillər... - VİDEO

Xalq artisti: “O gecə 4 nömrəli xəstəxanada yatırdım” - FOTO

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici İşlər Nazirliyinin birgə MƏLUMATI

154 kiloluq ana oğlununüstündə oturub öldürdü- Məhkum olundu

“Fənərbağça” braziliyalı futbolçu ilə anlaşdı

ŞirvandaAĞIR QƏZA:5 yaralı var

Anasından danışıb ağladı - VİDEO

Mirzoyan sabah Moskvaya gedəcək

Çimnaz Sultanovanın Manaf Ağayevlə arxiv GÖRÜNTÜLƏRİ

"Zəlzələ peyğəmbəri" TARİX VERDİ: "Türkiyədə yenidən 7 bal gücündə..."

Qəbiristanlıqdan oğurluq edən şəxs HƏBS EDİLDİ

"Yenə 7 bal zəlzələ olacaq" - Həmin alimdən PROQNOZ

Fərid Səfərli azadlığa buraxıldı

Ən çox güvənə biləcəyiniz 2 BÜRC

Xalq artisti oğlunun müəllimlərindən üzr istədi - VİDEO

Qonşu ölkədə "donuz qripi"nə kütləvi YOLUXMA – Ölənlər var

Yeniyetmə “TikTok”a görə biznes mərkəzini yandırdı

Xankəndi ağ örpəyə büründü - FOTO

Məşhur aktyorun maşınında qadın meyiti tapıldı

Mahir Emreli saçının rəgini dəyişdi - FOTO

Bütün xəbərlər