BAKU Azərbaycan
°C

ABŞ-nin keçmiş prezidenti və Respublikaçılar Partiyasının namizədi Donald Trampın son açıqlamaları partiya daxilində ciddi narahatlıq yaradıb.

Gundem.az bildirir ki, Tramp əvvəlki rəqibi Co Baydendə olduğu kimi Kamala Harrisə qarşı da aşağılayıcı ifadələr işlədib.

Belə ki, o, çıxışlarında dəfələrlə Harrisi “əqli cəhətdən qüsurlu” adlandırıb. “CNN”in məlumatına görə, Tramp seçki kampaniyası zamanı bir çox respublikaçıların bu cür bəyanatlardan çəkinməsi ilə bağlı tənqidlərinə məhəl qoymadan bu addımı atır.  O, dünən Pensilvaniya ştatında keçirilən seçki mitinqindəki çıxışında, “Co Bayden əqli cəhətdən qüsurlu idi. Bu, kədərlidir, amma düzünü desəm, Kamala Harrisin, ümumiyyətlə, belə doğulduğuna inanıram” deyib.

Eyni zamanda, keçmiş prezidentin tərəfdarları Trampın rəqibinə qarşı açıqlamalarından narahatdırlar. Trampın aparıcı müttəfiqlərindən olan respublikaçı senator Lindsey Qraham isə onun çıxışlarını fərqli formada təqdim edib. Belə ki,  “CNN”də yayımlanan proqramların birində Qraham qeyd edib ki, Tramp  Harrisin "əqli qüsurlu" olduğunu düşünmür, sadəcə onu “dəli liberal”  adlandırır. Digər tərəfdən, o, Trampı bu cür bəyanatlar əvəzinə iqtisadiyyat, sərhəd problemi, inflyasiya və xarici siyasət məsələlərinə diqqət yetirməyə çağırıb.  (Sfera.az)

Son xəbərlər

Azərbaycanda ən çox bu rayonda boşanırlar - STATİSTİKA

“Qalatasaray”da ayrılıq - FOTO

İyulun ən möhtəşəm Ayı bu tarixdə görünəcək

Kartof kəskin bahalaşacaq -BU TARİXDƏN

Emmanın başına iş gəldi - FOTO

Aşıq Əhliman insult keçirdi, vəziyyəti ağırdır

Tofiq Musayev yenə UFC-də döyüşəcək - TARİX AÇIQLANDI

Zaxarova Bakıda saxlanılan Rusiya vətəndaşlarından DANIŞDI

“Gözlənilən tarixi müjdəni verəcəyik” - Ərdoğan

Ərdoğan seçkilərin vaxtını açıqladı

Zelenski Romaya getdi

Prezident BƏƏ-yə getdi - FOTOLAR

Əhali daha çox dərmana pul xərcləyir

Manatın məzənnəsində dəyişiklik olacaq? - VACİB AÇIQLAMA

İlham Əliyev BƏƏ Prezidenti ilə görüşəcək

Əməkdar artist istefa verdi

Məşhur futbolçu klub sahibi oldu

Tramp Moskva və Pekini bombalamaqla hədələyibmiş - Səs yazısı yayıldı

Sabah isti olacaq

İlham Əliyev sabah Paşinyanla görüşəcək

Bütün xəbərlər