BAKU Azərbaycan
°C

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Bakıya səfər edib. Belə ki, o, 2-3 oktyabr tarixlərində paytaxtımızda rəsmi qonaq olub.

Maraqlıdır, Narışkinin Bakı səfərinin pərdəarxasında nələr dayanır?

Gundem.az xəbər verir ki, bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə xatırladıb ki,  ötən həftələrdə Böyük Britaniyanın Məxfi Kəşfiyyat Xidmətinin (MI6) rəhbəri Riçard Mur da Azərbaycana gəlib. 

Politoloqun sözlərinə görə, Narışkinin Bakı səfəri isə regionda gedən siyasi-hərbi proseslərlə əlaqəli ola bilər:

“Həmçinin Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru ilə keçirilən görüşlərdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin perspektivləri, Rusiyanın burada hansı rol alacağı əsas müzakirə predmeti ola bilər. Zəngəzur dəhlizi ilə bağlı məsələ bəllidir – rəsmi Moskva bu yola nəzarət etmək istəyir. Digər tərəfdən, İsrail-İran arasında kəskinləşən siyasi-hərbi böhran da Rusiyanı narahat edir. Əsasən İran ətrafında gedən proseslər, Tehranın anti-Azərbaycan siyasəti, şimal-cənub nəqliyyat dəhlizi bu ölkəni maraqlandıran mövzulardır”.

M.Əsədullazadə qeyd edib ki,  Azərbaycan Cənubi Qafqazda aparıcı və açar ölkədir:

“Qərb də, Rusiya da Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək istiqamətində siyasət ortaya qoyublar. Ölkəmiz isə burada çevik şəkildə öz milli maraqlarını təmin edir”.

Xatırladaq ki, ötən günlərdə Britaniya Kəşfiyyatı İdarəsinin (MI6) rəhbəri Riçard Murun Bakıya gözlənilməz səfəri diqqət çəkib. O, ADA Universitetində olub, buradakı şəraitlə tanış olub və mühazirə oxuyub.

Son xəbərlər

Bu rayonda bir həftədə 2-ci körpə ölümü

Arda Gülər "Fənərbağça"ya qayıdır?

Bahar oxuduğu toyda hönkür-hönkür AĞLADI - VİDEO

Paşinyan yenə velosiped sürdü - bu dəfə ... - VİDEO

Hakim olmaq istəyənlərin NƏZƏRİNƏ: yeni qayda

"Göyərçinləri yemləyənlər cərimələnsin" - Deputatdan təklif

Həmin ağır qəzanın VİDEOSU

"İhamə Quliyevanın söhbətlərini efirlərdən yığışdırsınlar"

Xankəndi, Şuşa, Laçın, Bakı və Gəncədə yürüşlər təşkil olunacaq

AFFA hakimi təhqir edən baş məşqçiyə hansı cəzanı verib?

Xalq artistindən nəvəsi ilə paylaşım

Prezident bu şəxslərə ali hərbi rütbələr verdi - ADLAR

Hikmət Mirzəyevə general-polkovnik hərbi rütbəsi verildi

“Ağ Şəhər”də “McDonald's Azərbaycan”ın yeni restoranının açılışı olub - FOTO

Azərbaycanda ödənişli yoldan istifadə üçün xüsusi kartların satışına başlanılır

Bəzi şəhadətnamələr saxtalaşdırılır - Agentlik

Ərdoğanla Paşinyan Budapeştdə görüşdü

22 şahmatçımız Avropa çempionatında iştirak edəcək

Sabah Bakının bəzi yollarında məhdudiyyətlər olacaq

Prezident İlham Əliyev moldovalı həmkarını təbrik edib

Bütün xəbərlər