BAKU Azərbaycan
°C

2024-cü il avqustun 23-də Daşkənd şəhərində imzalanmış "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Özbəkistan Respublikasının Milli Qvardiyası arasında əməkdaşlıq haqqında Saziş" təsdiq edilib.

Gundem.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, Saziş qüvvəyə mindikdən sonra Azərbaycanın Daxili İşlər Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Azərbaycan Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Özbəkistan Respublikası Hökumətinə bildiriş göndərməlidir.

Dövlət başçısının digər Fərmanı ilə 2024-cü il avqustun 23-də Daşkənd şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Özbəkistan Respublikası ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Özbəkistan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və hüquqlarının müdafiəsi haqqında Saziş" təsdiqlənib.

Fərmanla Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Dövlət Miqrasiya Xidmətinə tapşırılır və Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilir ki, bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra onun müddəalarının həyata keçirilməsini təmin etsinlər.

Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Özbəkistan Respublikası Hökumətinə bildiriş göndərəcək.

Son xəbərlər

Fahriye Evcenibiabıretdilər

İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşüb

Zibil qutusuna uşaq atan ananı NƏ GÖZLƏYİR?

Bakı və İrəvan həll yoluna yaxındır - Paşinyan

"7 saat əməliyyat etdirmişəm ki, yenidən "botoks" vurdurum?" - VİDEO

"Qalatasaray"dan ayrıldı - bu kluba getdi

Trampın böyük oğlu vəzifəsindən imtina etdi

"İkinci evliliyə pis baxıram, boşansam, ailə qurmayacağam" - VİDEO

"Toppuş bacı"nın əri ondan qalan əşyaları PAYLAŞDI - FOTO

Niyə daim çay və ya qəhvə içmək istəyirik? - SƏBƏB

Prezident Çinin Baş nazirinin müavini ilə görüşüb - FOTO

Azərbaycan və Rusiya baş nazirləri görüşdü

Azərbaycan Prezidenti İranın vitse-prezidenti ilə görüşdü

Əkrəm İmamoğlu COP29-da iştirak edir - FOTOLAR

COP29-un ikinci günü nə qədər sərnişin daşınıb?

Azərbaycanda tələbə faciəvi şəkildə öldü

Bu rayonlara yağış yağır

Ronaldinyodan COP29-la bağlı PAYLAŞIM –FOTO

“Real”ın futbolçusu 19 yaşında karyerasını bitirdi

Azərbaycanda ilk: Bakıda özəl aeroport tikilir

Bütün xəbərlər